Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Neftçi FK

"Neftçi"nin 33 mövsümlük seriyası qırıldı

"Neftçi"nin 33 mövsümlük seriyası qırıldı

“Neftçi” komandasının 33 mövsümdən sonra seriyası qırılıb. Primeinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” tarixində ilk dəfə Azərbaycan Kubokunun 1/4 final mərhələsində iştirak etməyəcəklər. 1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə səkkiz ən yaxşı sırasına düşən paytaxt təmsilçisinin əbədi seriyası sona çatıb.

Futzal üzrə Yüksək Liqada VII turun oyunları keçirilib

Futzal üzrə Yüksək Liqada VII turun oyunları keçirilib

Futzal üzrə Yüksək Liqada VII turun oyunları keçirilib. Primeinfo.az xəbər verir ki, günün ilk matçında “Neftçi” İK U-19 kollektivini 12:4 hesabı ilə üstələyib. Ardınca “Baku Fire” “Lənkəran” komandasına 14:2 hesabı ilə qalib gəlib.

"Neftçi" klubu 2500 manat cərimələnib

"Neftçi" klubu 2500 manat cərimələnib

AFFA İntizam Komitəsi “Neftçi” klubunu cərimələyib. Primeinfo.az-a AFFA-dan verilən məlumata görə, buna Misli Premyer Liqasının X turunda “Kəpəz”lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəb olub. “Ağ-qaralar” bu səbəbdən 2500 manat ziyana düşüb.

"Neftçi" İdman Klubunda kadr dəyişikliyi

"Neftçi" İdman Klubunda kadr dəyişikliyi

“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub. Primeinfo.az xəbər verir ki, İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.

Tanınmış futbolçu  “Neftçi”yə gəlmək istəyir

Tanınmış futbolçu  “Neftçi”yə gəlmək istəyir

“Fənərbağça”nın futbolçusu Cenk Tosun karyerasını Azərbaycanda davam etdirə bilər. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, İstanbul klubunda baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas heyətdən kənarlaşdırılan 34 yaşlı hücumçu özünə yeni komanda axtarır. Türkiyə millisinin sabiq üzvü “Neftçi”yə keçmək istəyir.

"Neftçi" nigeriyalı futbolçunu transfer etdi

"Neftçi" nigeriyalı futbolçunu transfer etdi

“Neftçi” növbəti transferini rəsmiləşdirib. Klubdan Primeinfo.az-a verilən məlumata görə, nigeriyalı futbolçu İfeanyi Metyu “ağ-qaralar”la anlaşıb. 28 yaşlı yarımmüdafiəçi ilə “1+1” illik müqavilə bağlanıb.