
Ermənistanda məhkəmə müxalif “Ana Ermənistan” Partiyasının lideri, parlament seçkilərində “Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizəd olmuş Andranik Tevanyanın həbs müddətini daha iki ay uzadıb.
Primeinfo.az TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə məhkəmə binası qarşısında jurnalistlərə Tevanyanın vəkili Sergey Marabyan məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmə Tevanyanın həbsdə saxlanılmasının daha iki ay davam etdirilməsi barədə qərar qəbul edib. O bildirib ki, məhkəmə eyni zamanda Tevanyanın tibbi yardım almaq hüququnu tanıyıb və istintaq orqanlarını onun müalicə aldığı mülki xəstəxanada həkimləri tərəfindən tibbi xidmətlə təmin edilməsini təşkil etməyə öhdəlikli edib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 20-də Vanadzorda keçirdiyi seçkiqabağı təşviqat tədbirində keçmiş deputat Andranik Tevanyanın dövlətə xəyanət etdiyini iddia etmiş və bu barədə məlumatın Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən İstintaq Komitəsinə təqdim ediləcəyini açıqlamışdı.