
“Neftçi” ötən mövsüm komandada icarə əsasında çıxış edən Fredi Varqasın transfer hüquqlarını alıb.
Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Venesuela milli komandasının üzvü ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Varqas 2025-ci ilin yayında İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 assist müəllifi olub.