Xəbər axtarın

Son axtarış nəticələri:

Madurodan YENİ XƏBƏR: Keçmiş rəhbərin məhkəməsinin tarixi məlum oldu

22.07.2026 17:01

Madurodan YENİ XƏBƏR: Keçmiş rəhbərin məhkəməsinin tarixi məlum oldu

Narkoterrorizm, silah və narkotik qaçaqmalçılığında təqsirləndirilən Venesuelanın keçmiş rəhbəri Nikolas Maduronun işi üzrə məhkəmə prosesi iyulun 22-də Nyu-Yorkda baş tutacaq.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Əvvəlcə məhkəmə iclasının iyun ayının 30-na təyin edilməsi nəzərdə tutulmuşdu. Ancaq iyunun 16-da prokurorluq prosesin üç həftəlik təxirə salınması üçün vəsatət qaldırıb. Prokuror Cey Kleyton bu addımı logistika, planlaşdırma problemlərinin həlli və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurəti ilə əlaqələndirib.

Nyu-Yorkun Cənub Dairə Məhkəməsinin hakimi Elvin Hellerştayn prokurorluğun bu tələbini qəbul edib.

Qeyd edək ki, yanvarın 3-də Amerika Birləşmiş Ştatları Venesuelada irimiqyaslı əməliyyat reallaşdırıb və bunun nəticəsində Nikolas Maduro ilə həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar. Donald Tramp Maduro və Floresin Birləşmiş Ştatlara təhdid yaratmaq və narkoterrorizm ittihamları üzrə hakim qarşısına çıxacaqlarını vurğulayıb. Ölkənin müvəqqəti lideri kimi isə vitse-prezident Delsi Rodriges elan olunub.

Paylaş: