
Qızılın qiyməti geosiyasi gərginliklərin və inflyasiya səviyyəsinin artıracağı ilə bağlı narahatlıqlar fonunda son iki həftənin ən yüksək həddini keçib.
Primeinfo.az xəbər verir ki, hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 4114 dollar civarındadır. Əmtəə birjalarında gümüş, platin və palladiumun da qiymətləri bahalaşıb.
Ekspertlərin fikrincə, investorlar ABŞ Federal Ehtiyat Sisteminin gələn həftə keçiriləcək iclasından uçot dərəcəsi ilə bağlı ipuçları gözləyir və Yaxın Şərqdəki münaqişəni yaxından izləyir.
“J.P. Morgan” bankının analitikləri hesab edirlər ki, əsas sektorlardan qızıla tələbat əvvəllər proqnozlaşdırıldığı qədər güclü olmayacaq. Bank cari ilin üçüncü rübündə qızılın qiymətinin 4300 dollar, dördüncü rübdə isə 4500 dollar olacağını proqnozlaşdırır. “J.P. Morgan” mərkəzi bankların alışlarının və fiziki tələbin 2027-ci ildə qızılın qiymətini dəstəkləməyə davam edəcəyini gözləyir.
Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcəsi mühitində cəlbediciliyini itirir, çünki heç bir gəlir gətirmir.