Xəbər axtarın

Son axtarış nəticələri:

İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına ZƏRBƏLƏR endirdi

22.07.2026 12:20

İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına ZƏRBƏLƏR endirdi
İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına dron zərbələri endirib.

Primeinfo.az “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin məlumatında deyilir.

“Səhər saatlarında ordu Əzraqdakı (İordaniya) “Müvəffəq Salti” bazasında ABŞ ordusunun yaşayış binalarına, eləcə də texnika anbarlarına dronlar vasitəsilə zərbələr endirib.

Bundan başqa, Bəhreyndəki “İsa” aviabazasında ABŞ ordusunun böyük anbarlarına və texnika anqarlarına, həmçinin ağır aviasiyaya texniki xidmət və təmir anqarlarına dron zərbələri endirilib”, – telekanal qeyd edir.

Paylaş: