
İtaliyanın “Atalanta” və Belçika millisinin futbolçusu Şarl de Ketelare karyerasını Fransada davam etdirə bilər.
Primeinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi PSJ-nin diqqətini çəkib.
Paris təmsilçisi oyunçunu transfer etməyi düşünür.
Xatırladaq ki, Şarl de Ketelare ötən mövsüm “Atalanta”da 42 oyuna 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, DÇ-2026-da Belçika millisində üç qol və bir məhsuldar ötürmə müəllifi olub.