Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı - FOTO

22.07.2026 10:57

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən, “Qayğı” MTK-ya məxsus yaşayış binasının 6 ədəd liftində plan üzrə yoxlama aparılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, həmçinin insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “Qayğı” MTK-nın qarşısında məsələ qaldırılıb.

ffHəmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı, həmçinin sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə MTK-nın hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub.

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı - FOTO Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı - FOTO Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı - FOTO

Paylaş: