Bakıda binada PARTLAYIŞ - Ölən və yaralananlar var - FOTO
Bakıda binada partlayış olub. Hadisə Nəsimi rayonu 4-cü mikrorayon ərazisində baş verib.
Bakıda binada partlayış olub. Hadisə Nəsimi rayonu 4-cü mikrorayon ərazisində baş verib.
Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 41 ünvanda yerləşən “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 6-7 aprel tarixlərində plandankənar yoxlama keçirilib. Bu barədə Primeinfo.az-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib. Qeyd edilib ki, xidməti yoxlama zamanı lisenziya olmadan tibb fəaliyyəti və qeydiyyatsız dərman vasitəsindən istifadə faktı aşkar edildiyindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri seçilərək, inzibati xətalar məcəlləsin 210.1 və 221.1 maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib və aidiyyəti üzrə növbəti icraata göndərilib.
Aprelin 10-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda anım mərasimi keçirilib. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, hökumət və ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər. Mərasim əvvəlcə “Qurani-Kərim” tilavəti ilə başlayıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır. Primeinfo.az bildirir ki, ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 438 reys həyata keçirilib, 16 222 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Martın 13-ü polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat və 19 tüfəng aşkar edib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, silahlardan başqa, 16 patron darağı və 1928 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.
Bakıda 49 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. Primeinfo.az xəbər verir ki, hadisə dünən saat 15 radələrində Nizami rayonunda baş verib. 1977-ci il təvəllüdlü Gülər Çingiz qızı Mustafayeva yaşadığı T.Abbasov küçəsi ev 13 mənzil 32-nin (5 mərtəbəli binanın 4-cü mərtəbəsi) pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb.
Bakıda yeni marşrut xətti işə düşüb. Primeinfo.az-a Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Belə ki, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı əvvəllər də məhkum olunmuş 45 yaşlı Azər Abdurəhmanov, 33 yaşlı Turan Yusibov və 32 yaşlı Nuran Faiqoğlu saxlanılıblar.