Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ İrana qarşı 12-ci gecə hücumlarını başa çatdırıb - VİDEO

23.07.2026 10:00

ABŞ İrana qarşı 12-ci gecə hücumlarını başa çatdırıb - VİDEO
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı 12 gecə hücumları dalğasının başa çatdığını açıqlayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə CENTCOM-un “X”-da yayımladığıyaydığı bəyanatda bildirilib.

Məlumata görə, ABŞ qüvvələri İranın hərbi obyektlərinə, o cümlədən dəniz imkanlarına, raket və pilotsuz uçuş aparatlarının saxlanma məntəqələrinə, sahil müşahidə obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib.

Bu zərbələr İranın mülki dənizçilərə və kommersiya gəmilərinə qarşı hücum imkanlarını daha da zəiflətməyə yönəlib.

Qeyd edək ki, ABŞ qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:30-da (Bakı vaxtı ilə 01:30) Ali Baş Komandanın göstərişi ilə İranın hərbi hədəflərinə qarşı yeni zərbələr endirməyə başlayıb. İranın Bəndər-Mahşəhr limanı ətrafında, Sirik, Ramşir, Buşehr və Əhvaz şəhərlərində silsilə partlayışlar baş verib.

Paylaş: