Xəbər axtarın

Son axtarış nəticələri:

İran mətbuatı: ABŞ Əhvaz, Ramşir və Sirik şəhərlərinə zərbələr ENDİRİB - VİDEO

23.07.2026 10:35

İran mətbuatı: ABŞ Əhvaz, Ramşir və Sirik şəhərlərinə zərbələr ENDİRİB - VİDEO

ABŞ ordusunun İranın Hörmüz boğazı yaxınlığında yerləşən Hörmüzqan vilayətinin Sirik şəhərinə və İraq sərhədinə yaxın Xuzistan vilayətindəki Əhvaz şəhərinə hücum həyata keçirdiyi bildirilir.

Primeinfo.az xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, ABŞ tərəfindən Əhvaz, Ramşir və Sirik şəhərləri hədəf alınıb.

Xuzistan Valiliyi Əhvaz şəhərinin bəzi nöqtələrinə ABŞ tərəfindən raket zərbələri endirildiyini açıqlayıb.

Ramşir və Sirik şəhərlərinə təşkil edilən hücumların təfərrüatları barədə isə hələlik ətraflı məlumat verilməyib.

Paylaş: