Dövlət Proqramı çərçivəsində Bakı şəhəri və Abşeron yarımadasında içməli su təchizatı və kanalizasiya şəbəkəsinin genişləndirilməsi həyata keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib. Onun sözlərinə görə, bunun nəticəsində su təchizatının fasiləsiz rejimə keçirilməsi və içməli suya olan tələbatın 95% ödənilməsi təmin olunacaq.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Mirzə Ələkbər Sabir Fondunun birgə təşkilatçılığı ilə WUF13 çərçivəsində Bakının mərkəzində bir qrup Azərbaycan xanımlarının milli geyimlərdə gəzinti-yürüşü təşkil edilib. Agentlikdən Primeinfo.az-a bildirilib ki, aksiya sakinlər və xarici qonaqlar tərəfindən yüksək maraqla qarşılanıb. Mirzə Ələkbər Sabir Fondunun sədri, əsərləri dövlət varidatı elan edilmiş M.Ə.Sabirin nəvəsi Sevda Tahirlinin sözlərinə görə, Qız Qalası – İçərişəhər – Natəvan heykəli – Dənizkənarı Milli Park – Xaqani bağı – Fəvvarələr Meydanı – Sabir heykəli marşrutu üzrə davam etmiş gəzinti-yürüşün məqsədi milli irsin tanıdılması, milli geyimlərə, kəlağayılara maraq oyatmaqdır.
Mənzil məsələsi sürətlə böyüyən şəhərlərdə ən mühüm çağırışlardan biridir. Primeinfo.az xəbər verir ki, bu sözləri Rumıniyanın İnkişaf, İctimai İşlər və İdarəetmə Nazirliyinin nümayəndəsi Marin Tole deyib. O qeyd edib ki, əhali üçün mənzilə çıxış imkanları və dayanıqlı yaşayış şəraitindən faydalanmaq asan deyil.
Mayın 17-i saat 10:55-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, şimşək çaxır. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.
Xəbər verdiyimiz kimi, Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öz işinə başlayıb. Primeinfo.az xəbər verir ki, bununla əlaqədar bir sıra dövlət prezidentləri və rəsmiləri Azərbaycana gəlib. Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonu Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Mayın 15-16-da Bakıda və Abşeron yarımadasında, 15-18-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat veriləcək. Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
S7 Airlines aviaşirkətinə məxsus, Novosibirskdən Bakıya uçan təyyarə Qazaxıstan səması üzərində olarkən təcili geri döndərilib və Omsk şəhərinə endirilib.
“Söküntü prosesi paytaxtın bütün 12 rayonunun ərazisini əhatə edəcək. “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən, söküntü olan ərazilərdə yeni binaların tikilməsi, parkların salınması, yeni metro stansiyalarının və tramvay xəttinin inşası nəzərdə tutulur”. Primeinfo.az xəbər verir ki, bunu “Unikal”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib.
Bakının Yasamal rayonunda Vidadi küçəsində evdə baş verən yanğınla bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub. Yanğında xəsarət alan olmayıb. Primeinfo.az xəbər verir ki, bu barədə hadisə yerində jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.
Abşeron yarımadasında, o cümlədən Bakıda dolu hadisəsi nadir hallarda baş verir və adətən qısamüddətli olur. Bunu Primeinfo.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O deyib ki, dolu qısamüddətli və lokal xarakter daşıyan və qəfil formalaşa bilən atmosfer hadisəsidir: “Azərbaycanda dolu daha çox dağlıq və dağətəyi ərazilər üçün xarakterikdir.