Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Bakı şəhəri

Kazana uçan təyyarə Bakıda eniş edib

Kazana uçan təyyarə Bakıda eniş edib

“FlyDubai” aviaşirkətinə məxsus, Dubay — Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib. Primeinfo.az xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb. “Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat 00:04-də Bakı hava limanına uğurla eniş edib.

Bakıda güclü külək 6 ağacı aşırdı

Bakıda güclü külək 6 ağacı aşırdı

Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində altı ağac aşıb, üç ağacın budaqları qırılıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, güclü küləyə görə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin “Qaynar xətt”inə doqquz müraciət daxil olub. Müraciətlər Xətai, Nizami və Binəqədi rayonlarını əhatə edib.

Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı ARTIRILDI

Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı ARTIRILDI

Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Belə ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək.

Bakıda böyük söküntü başlayır - 1600-dən çox ev və tikili söküləcək

Bakıda böyük söküntü başlayır - 1600-dən çox ev və tikili söküləcək

Azərbaycanın müxtəlif ərazilərində infrastrukturun yenilənməsi həyata keçirilən sahələrdə mühafizə zonaları yaradılır. Primeinfo.az Milli.Az-a istinadən bildirir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, artıq Ağdaş və Şəmkirdə təhlükəli ərazilərdə yerləşən fərdi yaşayış evlərinin köçürülməsinə başlanılacaq.

Azyaşlıları cinayətə sövq edənlər həbs olundular - VİDEO

Azyaşlıları cinayətə sövq edənlər həbs olundular - VİDEO

Bakının mərkəzi küçələrində yetkinlik yaşına çatmayan iki nəfəri insanlara yaxınlaşaraq əl çantalarını və qiymətli əşyalarını oğurlamağa sövq edən şəxslər həbs edilib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxslər saxlanılıblar.

Bakıda magistral su kəmərləri yenilənəcək

Bakıda magistral su kəmərləri yenilənəcək

Bakı şəhərində istismara yararsız magistral su kəmərləri yenilənəcək. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nında əksini tapıb. Dövlət Proqramına əsasən, 2026-2035-ci illərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, n“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxs ilə birlikdə 110 km magistral kəmərin əsaslı təmiri işlərinin yekunlaşdırmalıdır.

Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildən 31 yaşlı şəxsin meyiti tapılıb. Primeinfo.az xəbər verir ki, hadisə Nizami rayonu Ə.Hacıyev küçəsi 8 ünvanındakı binada baş verib. Dünən axşam saatlarında orada yaşayan 1995-ci il təvəllüdlü Pərviz Məmmədovun meyiti aşkar edilib.