Əgər Novruz bayramının simvolu qırmızı qurşaqlı xonçadakı şəkərbura-paxlavadırsa, Yeni ilin də simvolu rəngbərəng işıqlarla bəzədilmiş yaşıl yolka ağacıdır. İlin-günün bu vədəsi evlərdə, iş yerlərində üstündə işıqlar sayrışan yaşıl yolkanın quraşdırılması yeni təqvim ilinin gəlişindən soraq verir. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, indi paytaxt Bakının küçə və meydanlarında, o cümlədən Dənizkənarı Bulvar, Azneft və Fəvvarələr meydanlarında Yeni ilin simvolu hesab edilən yolkalar quraşdırılıb.
Yeni ilin yaxınlaşması ilə əlaqədar olaraq gündüz saatlarından etibarən Bakıda xüsusi canlanma müşahidə olunur. Primeinfo.az PhotoStock.az-a istinadən xəbər verir ki, şəhər bayram ab-havasına bürünüb, küçələrdə parlaq işıqlar yanır, vitrinlər rəngarəng bəzəklərlə diqqət çəkir. Paytaxtın bu gözəlliyini sakinlərlə yanaşı, şəhərimizin qonaqları da böyük həvəslə izləyirlər.
Bakı Yeni il ərəfəsində tamam başqa cür görünür: şəhər parlaq işıqlara bürünüb, küçələrdə bayram musiqisi və insanların sevincli səsi eşidilir. Primeinfo.az AZƏRTAC-a istinadən bildirir ki, mərkəzdə qurulan bəzəkli yolkalar, vitrinlərdəki rəngarəng dekorlar və axşamlar yanıb-sönən işıqlar şəhərə nağıl ab-havası qatıb. Soyuq qış havasına baxmayaraq, küçələrdə hər kəsin Yeni il sevinci hiss olunur.
Paytaxtda yataqxanada yanğın olub. Primeinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Dekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu münasibətlə açılış mərasimi keçirilib. Bu barədə Primeinfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Fəxri xiyabanı ziyarət edib. Primeinfo.az xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə gül dəstələri düzülüb.
Bakıda yerləşən orta məktəblərdən birində boğulma təhlükəsi ilə üzləşən şagird vaxtında göstərilən yardım sayəsində xilas olunub. Primeinfo.az xəbər verir ki, hadisə paytaxtın 112 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinfində qeydə alınıb. Belə ki, şagird yemək zamanı boğazında çörək parçasının qalması nəticəsində boğulmağa başlayıb.
Bakıda 33 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub. Primeinfo.az xəbər verir ki, dekabrın 19-u saat 11 radələrində 1992-ci il təvəllüdlü Binəli Hüseynov yaşadığı Mircəlal küçəsi ev 145 ünvanındakı 22 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. “Sabah saat 10:00-dan Pirşağı qəsəbəsinin, Nərimanov rayonunun Ə.Əliyev, Y.V.Çəmənzəmənli, A.Nemətulla, F.Yusifov, V.Əmirsayadov, H.Mirzəyev, R.Şıxəliyev və Z.Yusifzadə küçələrinin, Xətai rayonunun M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin, Binəqədi rayonunun Xocəsən və Biləcəri qəsəbələrinin, R.İsmayılov küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq”, – məlumatda qeyd olunub.
Bakı şəhəri, Nəsimi rayonu 14 saylı tam orta məktəbdə şagirdlərin zəhərlənməsi ehtimalı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı şagirdlərin marketdən aldıqları “Dirol” əmtəə nişanlı qarpız-yemiş aromalı saqqızı istehlak etdikdən sonra qusma, ürəkbulanma və qarın ağrısı simptomlarının olduğu bildirilsə də, tibb müəssisəsi tərəfindən zəhərlənmə diaqnozunun təsdiq edilmədiyi məlum olub.