Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Bakı şəhəri

Bu il Bakı Limanı 100 min TEU konteyner daşıyıb

Bu il Bakı Limanı 100 min TEU konteyner daşıyıb

Bakı Beynəlxalq Dəniz Limanında illik konteyner aşırma göstəricisi ilk dəfə 100 min TEU səviyyəsinə çatıb. Primeinfo.az xəbər verir ki, Bakı Limanı regionun və Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas qovşaqlarından biri kimi ticarət və logistika xəritəsində xüsusi strateji mövqe tutur. Qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz Asiyadan Avropaya və əks istiqamətə ən təhlükəsiz, rahat, çevik və qısa tranzit marşrutu kimi əhəmiyyətini daha da artırıb.

Bakıda mağazalardan oğurluq edilib

Bakıda mağazalardan oğurluq edilib

Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq cinayətləri qeydə alınıb. Primeinfo.az-ın məlumatına görə, naməlum şəxs gecə saatlarında iki mağazanın qapısını qıraraq zərərçəkənlərə ümumilikdə 2900 manat dəyərində ziyan vurub. Talanan əşyalar arasında nağd pul vəsaiti ilə yanaşı, mobil telefon, enerji içkiləri və tütün məmulatları da olub.

Bakıda avtomobil yandı - VİDEO

Bakıda avtomobil yandı - VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində avtomobildə yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bakıda Yeni ilə hazırlıq işləri gedir - FOTO

Bakıda Yeni ilə hazırlıq işləri gedir - FOTO

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər dekorativ bəzəklərin quraşdırılması işləri yekunlaşmaq üzrədir. Aparılan bəzədilmə işləri paytaxtın gecə mənzərəsinə xüsusi gözəllik qatır.

27 yaşlı oğlan evində ölü tapıldı

27 yaşlı oğlan evində ölü tapıldı

Bakıda evdən meyit tapılıb. Primeinfo.az xəbər verir ki, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində qeydə alınıb. Masallı rayon sakini 27 yaşlı Mirəli Cəmil oğlu Gözəlovun meyiti qəsəbə ərazisində kirayədə yaşadığı mənzildə aşkarlanıb.

Bakıda oğul atasını qətlə yetirdi

Bakıda oğul atasını qətlə yetirdi

Sabunçu rayonu ərazisində yaşadıqları evdə oğul atanı ailə münaqişəsi zəminində qətlə yetirib. Primeinfo.az xəbər verir ki, dekabrın 11-də axşam saatlarında 2006-cı təvəllüdlü Ayxan Vəlizadə atası 1981-ci il təvəllüdlü İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirib. O, aldığı xəsarətlərdən ölüb.

Bakıda məktəbdə 8 şagird saqqızdan zəhərlənib

Bakıda məktəbdə 8 şagird saqqızdan zəhərlənib

Bu gün Bakı şəhərinin 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.

Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib

Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib

Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 8-10 dekabr tarixlərində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr aparıb və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.

Bakı, Abşeron, Sumqayıt və Naxçıvanda pensiyalar ödənilib

Bakı, Abşeron, Sumqayıt və Naxçıvanda pensiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib. Bu barədə Primeinfo.az-a Nazirlikdən məlumat verilib. Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

"Bakının mərkəzində memarlıq abidəsinin eyvanı bu səbəbdən uçub" - Dövlət Xidməti

"Bakının mərkəzində memarlıq abidəsinin eyvanı bu səbəbdən uçub" - Dövlət Xidməti

Bakı şəhəri Səbail rayonu, Rəşid Behbudov küçəsi 12 ünvanında yerləşən 3320 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın ikinci mərtəbəsində yerləşən mənzilin eyvanı təbii təsirlərdən uçub. Primeinfo.az-a bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Qeyd olunub ki, sözügedən məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları ərazidə olublar: “Binaya baxış keçirilib.