
Fransada iyunun 17-dən iyulun 2-dək davam edən güclü istilər zamanı ölkədə 5764 əlavə ölüm qeydə alınıb.
Primeinfo.az Fransanın Milli İctimai Səhiyyə Agentliyinə (Santé publique France) istinadən bildirir ki, bu, həmin dövr üçün gözlənilən göstəricidən 36 faiz çoxdur.
Ən böyük artım 45-64 yaş qrupunda müşahidə olunub. Bu kateqoriyada 2 747 ölüm halı qeydə alınıb ki, bu da proqnozlaşdırılan göstəricidən 55,4 faiz çoxdur.
Ən yüksək ümumi ölüm sayı isə 75 yaşdan yuxarı insanlar arasında qeydə alınıb – təxminən 14,9 min nəfər. Bu göstərici gözləniləndən 33,3 faiz yüksəkdir.
Mütəxəssislər iqlim dəyişikliyi fonunda belə istilərin daha tez-tez təkrarlanacağını bildirirlər.