Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Bakı şəhəri

Paytaxtda taksidən meyit tapıldı

Paytaxtda taksidən meyit tapıldı

Bakıda avtomobildən kişi meyiti tapılıb. Primeinfo.az Bakupost.az-a istinadla xəbər verir ki, cəsəd Tiflis prospekti, 2 ünvanında – “Araz” marketin qarşısında dayanmış avtomobillərdən birinin içərisində aşkarlanıb. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, vəfat edən şəxs “Yango” taksi xidmətində çalışan sürücü olub və istifadə etdiyi avtomobili arendaya götürüb.

Bakıda oğurluqlar edən 4 nəfər saxladı

Bakıda oğurluqlar edən 4 nəfər saxladı

Paytaxtın Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus bank kartından 6000 pul və 3600 manat dəyərində mobil telefon oğurlayıblar. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bakıda TDT ölkələrinin QHT-lərinin həmrəylik forumu keçiriləcək

Bakıda TDT ölkələrinin QHT-lərinin həmrəylik forumu keçiriləcək

Bakıda ilk dəfə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb. Noyabrın 23-dən 26-na kimi davam edəcək forum çərçivəsində “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü”, “WUF13-ə doğru – Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunacaq.

Sumqayıtdan Bakıya yeni marşrut xətti istifadəyə verildi

Sumqayıtdan Bakıya yeni marşrut xətti istifadəyə verildi

Bu gündən Sumqayıt şəhərini paytaxtla əlaqələndirən 500 nömrəli marşrut xətti istifadəyə verilib. Primeinfo.az xəbər verir ki, 500 nömrəli müntəzəm avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürür, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edir. Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvəri küçəsi müəyyən edilib.

Bakı metrosu iş rejimini uzadıb

Bakı metrosu iş rejimini uzadıb

Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq. Bu barədə Primeinfo.az-a qurumdan bildirilib. Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq

Bakıda Ərdoğanla Şahbaz Şərif arasında görüş olub - FOTO

Bakıda Ərdoğanla Şahbaz Şərif arasında görüş olub - FOTO

Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında görüş olub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası “X” sosial media hesabında məlumat yayıb. Qeyd edək ki, hər iki ölkənin lideri Prezident İlham Əliyevlə birgə Zəfərin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda iştirak ediblər.

Əmi qardaşı oğlunu bıçaqlayaraq öldürdü

Əmi qardaşı oğlunu bıçaqlayaraq öldürdü

Bakıda əmi qardaşı oğlunu qətlə yetirib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Nizami küçəsində baş verib. Belə ki, 2006-cı il təvəllüdlü Yasin İbadova kəsici-deşici alətlə xəsarət yetirilirək öldürülüb.

Bakıda Zəfər paradının baş məşqi keçirilib - VİDEO

Bakıda Zəfər paradının baş məşqi keçirilib - VİDEO

Paytaxt Bakıda Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş hərbi paradın baş məşqi keçirilib. Primeinfo.az xəbər verir ki, məşqə paradda iştirak edəcək Azərbaycan Ordusunun şəxsi heyəti, hərbi texnikası cəlb olunub.   https://www.youtube.com/shorts/LZKXAKvJFbo  

Bakıda 31 hindistanlını aldadan pakistanlı həbs olundu

Bakıda 31 hindistanlını aldadan pakistanlı həbs olundu

Bakıya 31 Hindistan vətəndaşını işləmək adı ilə gətirən pakistanlı həbs edilib. Primeinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, məlumatına görə, 1978-ci ildə Pakistanın Haripur şəhərində anadan olmuş İrşad Məhəmməd barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb. Məlum olub ki, İrşad Məhəmməd azərbaycanlı qızla ailə həyatı quraraq Bakıda yaşayıb və işləyib.

"Çelsi"nin rəsmi səhifəsi Bakıdan paylaşım etdi - VİDEO

"Çelsi"nin rəsmi səhifəsi Bakıdan paylaşım etdi - VİDEO

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda “Qarabağ”la qarşılaşacaq “Çelsi” klubunun rəsmi səhifəsi Bakıdan paylaşım edib. Primeinfo.az xəbər verir ki, paylaşımda paytaxt küçələrinin tarixi yerləri əks olunub. Həmin görüntüləri təqdim edirik:   Bu gönderiyi Instagram’da gör   Oxu.Az (@oxuaz)’in paylaştığı bir gönderi