Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Bakı şəhəri

19 ölkədən alimlər Bakıda bir araya gələcək

19 ölkədən alimlər Bakıda bir araya gələcək

Sosial Tədqiqatlar Mərkəzi sabah – 5 noyabrda Bakıda “XXI əsr dövlət suverenliyi və milli konstitusiyalar: Qlobal çağırışlar, tendensiyalar və perspektivlər” adlı beynəlxalq konfrans keçirəcək. Primeinfo.az xəbər verir ki, konfransda dünyanın 19 ölkəsindən tanınmış alimlər, tədqiqatçılar və ekspertlər iştirak edəcək. Tədbir dövlətçilik, hüquq və siyasi elmlər üzrə fikir mübadiləsini təşviq edən beynəlxalq platforma əhəmiyyəti daşıyır.

Zirədə ev yanır

Zirədə ev yanır

  Primeinfo.az xəbər verir ki, hadisə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Son bir həftədə yaşıllıqlara 75 min manatdan çox ziyan vurulub - AÇIQLAMA

Son bir həftədə yaşıllıqlara 75 min manatdan çox ziyan vurulub - AÇIQLAMA

      Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Quba, Xaçmaz və Samux rayonlarında ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 75 min manatdan çox ziyan dəyib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 13 ünvanında, Quba rayonu Çiçi kəndi, Xaçmaz rayonu Seyidlər kəndi ərazisində və Samux rayonu Kür çayının sağ sahilində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 75 min 770 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Avtovağzal Kompleksində bilet alışında DƏYİŞİKLİK  

Avtovağzal Kompleksində bilet alışında DƏYİŞİKLİK  

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) böyük sərnişin axınını nəzərə alaraq reyslərin vaxtında yola düşmələri, avtobusların düzgün komplektləşdirilməsi və digər təşkilati məsələləri əngəlsiz təmin etmək məqsədilə müvafiq qanunvericiliyə əsasən bilet alışı prosesinə dəyişiklik edilib. Bu barədə Primeinfo.az-a Avtovağzaldan bildirilib. Belə ki, şəhərlərarası və rayonlararası reyslər üzrə bilet satışları avtobusların yola düşməsinə 15 dəqiqə qalmışa qədər həyata keçirilir.

Bakıda yaşayış evində yanğın: ölən var

Bakıda yaşayış evində yanğın: ölən var

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə və dəhlizin tavanı 15 m² sahədə yanıb.

Azərbaycana yayda gələn turistlərin sayı 5 %-dən çox azalıb

Azərbaycana yayda gələn turistlərin sayı 5 %-dən çox azalıb

Builki yay mövsümündə (iyun–avqust aylarında) Azərbaycana 740 min 722 turist səfər edib. Primeinfo.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % azdır. Mövsüm ərzində ölkəyə ən çox turist Rusiyadan gəlib – 196 min 789 nəfər.

Bakıda bu yol tam bağlanır

Bakıda bu yol tam bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, oktyabrın 25-də saat 00:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər tam məhdudlaşdırılacaq. Bu barədə Primeinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.