Bu gündən Sumqayıt şəhərini paytaxtla əlaqələndirən 500 nömrəli marşrut xətti istifadəyə verilib. Primeinfo.az xəbər verir ki, 500 nömrəli müntəzəm avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürür, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edir. Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvəri küçəsi müəyyən edilib.
Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq. Bu barədə Primeinfo.az-a qurumdan bildirilib. Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq
Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında görüş olub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası “X” sosial media hesabında məlumat yayıb. Qeyd edək ki, hər iki ölkənin lideri Prezident İlham Əliyevlə birgə Zəfərin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda iştirak ediblər.
Bakıda əmi qardaşı oğlunu qətlə yetirib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Nizami küçəsində baş verib. Belə ki, 2006-cı il təvəllüdlü Yasin İbadova kəsici-deşici alətlə xəsarət yetirilirək öldürülüb.
Paytaxt Bakıda Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş hərbi paradın baş məşqi keçirilib. Primeinfo.az xəbər verir ki, məşqə paradda iştirak edəcək Azərbaycan Ordusunun şəxsi heyəti, hərbi texnikası cəlb olunub. https://www.youtube.com/shorts/LZKXAKvJFbo
Bakıya 31 Hindistan vətəndaşını işləmək adı ilə gətirən pakistanlı həbs edilib. Primeinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, məlumatına görə, 1978-ci ildə Pakistanın Haripur şəhərində anadan olmuş İrşad Məhəmməd barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 318-1.2.3-cü maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb. Məlum olub ki, İrşad Məhəmməd azərbaycanlı qızla ailə həyatı quraraq Bakıda yaşayıb və işləyib.
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda “Qarabağ”la qarşılaşacaq “Çelsi” klubunun rəsmi səhifəsi Bakıdan paylaşım edib. Primeinfo.az xəbər verir ki, paylaşımda paytaxt küçələrinin tarixi yerləri əks olunub. Həmin görüntüləri təqdim edirik: Bu gönderiyi Instagram’da gör Oxu.Az (@oxuaz)’in paylaştığı bir gönderi
Sosial Tədqiqatlar Mərkəzi sabah – 5 noyabrda Bakıda “XXI əsr dövlət suverenliyi və milli konstitusiyalar: Qlobal çağırışlar, tendensiyalar və perspektivlər” adlı beynəlxalq konfrans keçirəcək. Primeinfo.az xəbər verir ki, konfransda dünyanın 19 ölkəsindən tanınmış alimlər, tədqiqatçılar və ekspertlər iştirak edəcək. Tədbir dövlətçilik, hüquq və siyasi elmlər üzrə fikir mübadiləsini təşviq edən beynəlxalq platforma əhəmiyyəti daşıyır.
Fransa diplomatları Bakıda ikitərəfli münasibətlər və regional gündəmlə bağlı danışıqlar aparıblar.
Primeinfo.az xəbər verir ki, hadisə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.