Niderlandda ölkə tarixinin ən gənc Baş naziri seçilib. Primeinfo.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, 38 yaşlı Rob Yetten Niderlandın yeni hökumət başçısı olub. O, mərkəzçi-liberal D66 partiyasının lideridir və eyni zamanda ölkə tarixində açıq şəkildə homoseksual olduğunu bəyan edən ilk Baş nazir hesab olunur.
“Ezamiyyə xərclərinin normaları haqqında” qərarda dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, COP29 və COP30 tədbirləri çərçivəsində bu il Braziliyanın Belem şəhərinə ezam olunan heyət üzvlərinin təqdim edilmiş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının (qeyd olunan əlavə nəzərə alınmaqla) 60 faizindən çox olduğu halda həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödəniləcək.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Yüksəkixtisaslı miqrant” portalının əsasnaməsi təsdiqlənib.
Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirdiyi qeyd edilib.
Böyük Britaniya Baş naziri Keir Starmer Türkiyədə səfərdədir. Primeinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Britaniya liderini rəsmi mərasimlə qarşılayıb. Görüş zamanı Türkiyə-Böyük Britaniya münasibətləri, Rusiya-Ukrayna müharibəsi, Qəzzanın bərpası və “Eurofighter” döyüş təyyarələrinin alınması məsələləri əsas müzakirə mövzuları olacaq.
Cəmi bir neçə il ərzində Tbilisi İpək Yolu Forumu regional və qlobal gündəlikdə yer alan mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu və səmərəli beynəlxalq platforma kimi formalaşaraq özünü tam şəkildə təsdiq edib. Primeinfo.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunda çıxışında bildirib. Baş nazir deyib ki, qlobal miqyasda müşahidə olunan son proseslər, xüsusilə də iqtisadi əməkdaşlıq və nəqliyyat sahəsindəki çağırışlar forumun aktuallığını və önəmini daha qabarıq şəkildə göstərir.
“Bizim baş nazirimiz öz keçmişini ana dilində, dövlət dilində yaza bilməz. Mən sizi əmin edirəm ki, on dənə səhv buraxar”.
Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə rusiyalı həmkarı Aleksey Overçuk arasında görüş keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.