Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Baş prokurorluq

Baş Prokurorluqdan kibertəhlükələrlə bağlı XƏBƏRDARLIQ - VİDEO

Son dövrlər kibercinayətkarlar arasında geniş yayılan üsullardan biri-bank kartlarının “drop” kimi istifadəsidir. Müşahidələr onu göstərir ki, bəzi insanlar öz bank kartlarını müəyyən məbləğ qarşılığında tanımadıqları şəxslərə verirlər. Lakin bu, çox ciddi nəticələrə səbəb olur.

Qaz zəhərlənmələri ilə bağlı XƏBƏRDARLIQ

Baş Prokurorluq əhaliyə xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, Baş Prokurorluq insanlardan qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına laqeyd yanaşmamağı xahiş edib. “Hər il dəm qazından zəhərlənmə və ölüm hadisələri baş verir.

Məhkəmə sədrinin oğlunun intiharı barədə rəsmi MƏLUMAT

Baş Prokurorluq Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadənin həyat yoldaşı Şəfiqə Ələkbərovanı bıçaqladıqdan sonra intihar etməsi ilə bağlı rəsmi məlumat yayıb. Primeinfo.az xəbər verir ki, yanvarın 25-də Xətai rayonu ərazisində Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq aparılır.

18 nəfər cinayət başında yaxalanıb - Baş Prokurorluq

2025-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 114 cinayət işi başlanılıb, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib. Müşavirədə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Ötən il Bakıda 14 mindən çox cinayət törədilib

2025-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14104 cinayət hadisəsi törədilib ki, onların 93,4 %-nin açılması təmin olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətlərindən və 19 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.

Baş Prokurorluqdan həkim cərrahla bağlı RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq həkim cərrah Rauf Xəlilovla bağlı Səhiyyə Nazirliyinə təqdimat göndərib. Baş Prokurorluqdan Primeinfo.az-a verilən məlumata görə, Qasımova Gülbəniz Mahir qızının 04.04.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “HTC Cliniva Hospital”da həkim-ümumi cərrah Rauf Xəlilov tərəfindən “abdominaplastika” (qarın gərmə) əməliyyatının düzgün olunmaması səbəbindən səhhətinin ağırlaşması və həkim tərəfindən ondan qanunsuz ödənişlərin tələb edilməsi barədə müraciəti üzrə Nizami rayon prokurorluğunda araşdırma aparılıb. Bildirilib ki, Nizami rayon prokurorluğunda aparılmış araşdırma zamanı çoxsaylı istintaq hərəkətləri icra olunub, o cümlədən komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.