Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Biləsuvarda törədilmiş qətllə bağlı məlumat yayıb. Primeinfo.az xəbər verir ki, birgə məlumatda deyilir: “Biləsuvar Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Biləsuvar rayon İsmətli kənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən öldürülməsi müəyyən edilib. Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarında qulluğa qəbul olunmaq istəyən şəxslər üçün 15 aprel 2025-ci il tarixdə elan edilmiş 27-ci müsabiqəyə yekun vurulub. Bu barədə Primeinfo.az-a Baş Prokurorluqdan məlumat verilib. Qeyd edilib ki, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 71 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə dekabrın 4-12-də Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ölkəyə dəniz yolu ilə külli miqdarda tütün məmulatları gətirilməsi ilə bağlı əməliyyat keçirib. Primeinfo.az-ın əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi saxlanılıb. Prokurorun təqimatı əsasında kapitan Vüsal Sadıqov məhkəmə qərarı ilə həbs edilib, nəzarətçi barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
İlqar Hacıyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb. Məlumata görə, o, noyabrın 24-də Baş Prokurorluğa çağırılsa da, gəlməyib və barəsində qiyabi icraat başlanılıb.
Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulub. Primeinfo.az xəbər verir ki, müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 71 namizəd “İşin Təşkili Qaydaları”na əsasən tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri N.Rəfibəyli küçəsi 7).
Rumıniya Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa Azərbaycana səfərə dəvət olunub. Primeinfo.az xəbər verir ki, bu təklif Azərbaycanın Baş prokuroru Kamran Əliyevin Rumıniyaya rəsmi səfəri çərçivəsində noyabrın 24-də bu ölkənin Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa ilə görüşündə səsləndirilib. Bildirilib ki, görüş zamanı Azərbaycanla Rumıniya arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin inkişafı, prokurorluq orqanları arasında əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Binəqədidə otelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər şəxs həbs edilib.
Azərbaycan vətəndaşı Xəlilov Əkbər Tariyel oğlu Rusiyadan Azərbaycana ekstradisiya edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Belə ki, Bakı şəhəri Qaradağ rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əkbər Xəlilovun öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.