Kiberpolis bank və bank olmayan kredit təşkilatlarının fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edib. Primeinfo.z xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBMİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib.
Bakıda “Ağ şəhər” ərazisində ağac kəsilməsi faktı üzrə cinayət işi açılıb. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, ağac kəsilməsi faktı üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Narkoşəbəkə yaradan şəxslərdən 26 kq narkotik aşkarlanıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində tutulublar.
Gəncədə “Kəpəz” futbol klubunun futbolçusu Veysəl Rzayev bıçaqlanıb. Primeinfo.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Bakı şəhər sakini 2002-ci il təvəllüdlü V.Rzayev kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yerləşdirilib.
Yanvarın 31-də və fevralın 1-də ölkə ərazisində qeydə alınan 103, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cəlilabad rayonunda baş verən ağır cinayət hadisəsinin bəzi təfərrüatları məlum olub.
Sumqayıt şəhəri ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirib. Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib.
Bakıda narkoticarətlə məşğul olmaqda şübhəli bilinən şəxslər tutulub. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 41 yaşlı Orxan Ağamalı, tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov saxlanılıblar.
Xəzər rayonu ərazisində naməlum şəxs üç evə daxil olaraq ümumilikdə 12650 manat dəyərində məişət əşyalarını oğurlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilir ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, axtarışda olan 37 yaşlı R.Dəmirov saxlanılıb.
Paytaxtın Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, zərərçəkən polisə müraciət edərək Maştağa qəsəbəsində yerləşən ona məxsus istixanadan 50 000 manat dəyərində qazanxana avadanlıqlarının naməlum şəraitdə oğurlandığını bildirib.