Bakıda məhkuma aid silah-sursat aşkarlanıb – FOTO Bakıda məhkuma aid silah-sursat aşkarlanıb – FOTO 07 sentyabr 2026 12:46 (UTC +04:00) Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Ədliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 6 ünvanında yerləşən köhnə zavodun hasarının yaxınlığındakı ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov AKMS” markalı avtomat silah, ona məxsus 2 ədəd daraq və 55 ədəd güllə aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində 2026-cı il 5 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.
Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) Primeinfo.az-a verilən xəbərə görə, sentyabrın 2-də gecə saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində yanğın baş verməsi barədə polisə məlumat daxil olub. Yanğın söndürüldükdən sonra əraziyə baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə məqsədi ilə əlavə avadanlıqların quraşdırıldığı müəyyən edilib.
Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyindən (DİN) Primeinfo.az-a verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyev saxlanılıblar. Onlardan 3 kiloqram narkotik vasitə aşkarlanıb.
Sentyabrın 2-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 103, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyi dövlət qurumlarının adından edilən aldadıcı zənglərlə bağlı çağırış edib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Müraciətdə deyilir ki, kiberdələduzlar tərəfindən müxtəlif dövlət qurumlarının adından vətəndaşlara zəng edilərək bank hesablarında olan pul vəsaitlərinin təhlükəsizliyi bəhanəsi ilə onların digər hesablara köçürülməsi barədə saxta məlumatlar verilir: “Vətəndaşları müxtəlif xarici ölkələrdən dövlət qurumlarının adından edilən zəng və göndərilən mesajlara qarşı diqqətli olmağa, şəxsi və bank məlumatlarını qarşı tərəfə təqdim etməməyə, mobil telefonlarına göndərilən təsdiq kodlarını paylaşmamağa, tanımadıqları keçidlərə daxil olmamağa, eləcə də bu cür müraciətlər əsasında hər hansı ödəniş və ya maliyyə əməliyyatı həyata keçirməməyə çağırırıq.
Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən (DİN) Primeinfo.az-a verilən məlumata görə, xəbər verir ki, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus anbardan ümumi dəyəri 70 min manata yaxın mobil telefon və aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu müəyyən olunaraq saxlanılıblar.
Bakıda ev satmaq adı ilə dələduzluq edən şəxs tutulub. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, Binəqədi rayonunda dələduzluq etməkdə şübhəli bilinən 42 yaşlı X.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs özünü əmlakçı kimi təqdim edərək zərərçəkənin etibarından sui-istifadə edib və onun 23 min manata yaxın məbləğdə pul vəsaitini ələ keçirib.
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Niyaz Mirzəyev saxlanılıb. Onun yaşadığı ünvandan xüsusi olaraq qulluq edərək yetişdirdiyi narkotik tərkibli bitkilər və narkotik vasitələr aşkarlanıb.
Daxili İşlər Nazirliyi tələbələrə dələduzluğa məruz qalmamaları ilə bağlı müraciət edib..