Gürcüstanda həyata keçirilmiş genişmiqyaslı miqrasiya nəzarəti tədbirləri nəticəsində ölkədə qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Həmin şəxslər arasında Keniya, Türkiyə, Rusiya, Hindistan, Misir, Qana, Efiopiya, Özbəkistan, Filippin, Sudan, Kamerun, Çin və Azərbaycan vətəndaşları var.
Dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağlı dövlət qurumu adından saxta sənəd hazırlayaraq təqdim etdiyi və bu yolla ümumilikdə 250 000 manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub. Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası, satışı və saxlanılması ilə məşğul olan Elçin Ələskərov, İmran İlyasov, Fərhad Əliyarov, Sərxan Şıxıyev, Ruslan Xurşudov, İmran Paşayev və Pərviz Xurşudov saxlanılıblar.
Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 26 yaşlı V.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Primeinfo.az-a DİN-dən məlumat verilib. Bildirilib ki, Zərdab–Ağcabədi avtomobil yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində 5 nəfərin həyatını itirməsi, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizlik tələblərinə ciddi əməl olunmasının həyati əhəmiyyətini bir daha önə çıxarır.
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib. Bu barədə Primeinfo.az-a Bakı Şəhər DYP İdarəsindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Nissan” markalı, 10-TJ-667 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fərhad Məmmədov saxlanılıb.
Polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin gücləndirilməsi istiqamətində profilaktik tədbirlər davam etdirilir. Primeinfo.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti tədbirlər zamanı motoxuliqanlıq edən, yüksək səs-küy yaradaraq sakinlərin rahatlığını pozan, eləcə də sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 30 sürücü saxlanılıb. Tədbirlər zamanı, həmçinin nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edərək əlavə işıq və səsboğucu qurğular quraşdıran 12, narkotik vasitənin təsiri altında avtomobil idarə edən 2 sürücü barəsində inzibati protokollar tərtib olunub.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 29 yaşlı Elmar Gəncəliyev saxlanılıb.
Mənzil almaq adı ilə 15 min manatlıq dələduzluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin etibarından sui-istifadə edərək onun maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı X.Məmmədov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq etdiyi və ümumilikdə 15 min manat pulunu mənimsədiyi müəyyən olunub.
Paytaxtın Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən (DİN) Primeinfo.az-a verilən məlumata görə, naməlum şəxs zərərçəkənə zor tətbiq edərək pul vəsaitini alıb və hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 22 yaşlı E.Kərimov müəyyən edilərək saxlanılıb.