Lənkəranda evlərin birindən küllü miqdarda pul oğurlayanlar saxlanılıblar. Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub. DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan Primeinfo.az-a verilən məlumata görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar.
Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd edilib. Belə ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib.
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.
Paytaxtın Nəsimi rayonunda yerləşən marketlərdən birində qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Primeinfo.az xəbər verir ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibati qaydada həbs olunub.
Nizami rayonunda 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı A.Aydınlı və 28 yaşlı H.Həsənov saxlanılıblar. Onlardan ümumilikdə 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Yasamal rayonu ərazisində dələduzluq faktı qeydə alınıb.
Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb. Məlumata görə, 2019-cu ilin mart ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini Məmmədov Nadir Bahadır oğlunun həmin ilin mart ayında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması barədə rayon polis şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyi (DİN) 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib. Primeinfo.az xəbər verir ki, paylaşımda 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatının Azərbaycanın Zəfər salnaməsində xüsusi yerə malik olduğu vurğulanıb. “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları bu tarixi missiyanın yerinə yetirilməsində fədakarlıq və qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası yolunda qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu.
Sentyabrın 17-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.