Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Daxili İşlər Nazirliyi (DİN)

DİN: Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

Oktyabrın 3-də və 4-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-dən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Uşaqlara konfet paylanması, onların bundan zəhərlənməsi iddiaları təsdiqini tapmayıb - DİN

Uşaqlara konfet paylanması, onların bundan zəhərlənməsi iddiaları təsdiqini tapmayıb - DİN

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra uşaqların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqini tapmayıb. “Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaratmasınlar”, DİN-in məlumatında deyilir.

Bakıda ƏMƏLİYYAT: Məhkumun gizlətdiyi avtomat silah aşkarlandı

Bakıda ƏMƏLİYYAT: Məhkumun gizlətdiyi avtomat silah aşkarlandı

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində yerləşən köhnə tikilinin yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “AKM 74” markalı avtomat silah, ona məxsus 4 ədəd daraq və 105 ədəd 5,45 mm kalibrli güllə aşkar edilərək götürülüb.

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Eminov saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, ondan 36 kiloqram narkotik vasitə aşkarlanıb.

Dələduzluqla 150 min manatı ələ keçirdi, saxlanıldı - FOTO

Dələduzluqla 150 min manatı ələ keçirdi, saxlanıldı - FOTO

Dələduzluq yolu ilə vətəndaşların vəsaitini ələ keçirən şəxs saxlanılıb. Primeinfo.az xəbər verir ki, Lənkəranda müxtəlif vədlərlə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən H.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, H.Məmmədov zərərçəkmişlərə özünü müxtəlif qurumlarlarda tanışları olan şəxs kimi təqdim edərək təqaüd düzəltmək, yüksək maaşlı işlə təmin olunma və digər yalan vədlər verib.

DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Zəfər parkında olub. Primeinfo.az  xəbər verir ki, DİN əməkdaşları 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyünün qorunması, bərpası və torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Xatirə daşının önünə əklil və gül dəstələri qoyulub.

Lənkəranda 17 kiloqramdan çox narkotik aşkarlandı

Lənkəranda 17 kiloqramdan çox narkotik aşkarlandı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib. Primeinfo.az xəbər verir ki, əvvəllər məhkum olunmuş M.İsmayılovdan 14 kiloqramdan artıq narkotik vasitə və psixotrop tərkibli həblər (20 ədəd) aşkarlanıb. Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən V.Bayramlı saxlanılıb.

Suraxanıda 11 kq narkotik aşkarlanıb - VİDEO

Suraxanıda 11 kq narkotik aşkarlanıb - VİDEO

Paytaxtın Suraxanı rayonunda 11 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən C.Qasımlı saxlanılıb.