Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Daxili İşlər Nazirliyi (DİN)

Vilayət Eyvazov Türkiyə DİN-in nümayəndə heyətini qəbul edib - FOTO

Vilayət Eyvazov Türkiyə DİN-in nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan və Türkiyə respublikalarının Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 9-cu işçi görüşdə iştirak etmək üçün Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyet Genel Müdiri Ali Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, Ali Fidan və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - FOTO - VİDEO

Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır - FOTO - VİDEO

Formula 1 günlərində polis gücləndirilmiş rejimdə xidmət aparır. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirlib. Məlumata görə, “Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Bakıda "NARKOTİK əməliyyatı" - 6 nəfər saxlanıldı - VİDEO

Bakıda "NARKOTİK əməliyyatı" - 6 nəfər saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir. DİN-dən Primeinfo.az-a verilən xəbərə görə, paytaxt ərazisində, eləcə də Abşeron, Hacıqabul, Cəlilabad və Füzuli rayonlarında keçirilən tədbirlərlə əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş V.Ağayev, H.Məmmədov, Z.Əliyev, Ə.Həsənov, A.Zeynalov və E.Bağırov saxlanılıblar. Onlardan ümumilikdə 132 kiloqram narkotik vasitə və 6080 ədəd narkotik tərkibli həb aşkarlanıb.

Biləsuvarda 17 kq narkotik aşkarlanıb

Biləsuvarda 17 kq narkotik aşkarlanıb

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb. DİN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib. Saxlanılan M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həblər aşkarlanıb.

51 min manatlıq kombi oğurlandı: 4 nəfər HƏBS olundu

51 min manatlıq kombi oğurlandı: 4 nəfər HƏBS olundu

Nizami rayonunda 51 min manatlıq oğurluq edənlər saxlanılıblar. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.

Bakıda evdən 33 min manat OĞURLANIB

Bakıda evdən 33 min manat OĞURLANIB

Paytaxtın Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin tanışının evindən 33 min manat pul vəsaitini oğurladığı müəyyən edilib.

Bakıda 31 kq narkotik aşkarlanıb - VİDEO

Bakıda 31 kq narkotik aşkarlanıb - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən P.Mustafayev və Ə.İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 31 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Ötən gün 59 cinayətin üstü açılıb

Ötən gün 59 cinayətin üstü açılıb

Sentyabrın 22-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 151, o cümlədən borclu şəxs qismində axtarışda olan 136 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər, dələduzluğa görə axtarışda olan 3 nəfər aidiyyəti üzrə təhvil verilib.

Bakıda 40 kq narkotik aşkarlanıb

Bakıda 40 kq narkotik aşkarlanıb

Xəzər rayonunda 40 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mirzə Hüseynov saxlanılıb.