Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. DİN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, növbəti tədbir zamanı əvvəllər güclü təsiredici xassəyə malik psixotrop maddələrin satışını təşkil etdiyinə görə məhkum olunmuş Fuad Həsənov saxlanılıb. Onun idarə etdiyi avtomobil və paytaxt ərazisində gizlətdiyi yerdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 51 kiloqram 555 qram marixuana və 2999 ədəd metadon həbi aşkarlanıb.
Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib. Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, tədbir zamanı Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Arzuman Əhmədov saxlanılıb. Onun üzərindən ümumilikdə 9 kiloqram 986 qram narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.
Bakıda 13 kiloqram narkotik dövriyyədən çıxarılıb. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini, 61 yaşlı Elman İmanov saxlanılıb.
Astarada 10 kiloqram narkotik vasitə aşkarlanıb. Primeinfo.az-ın xəbərinə görə, Astara rayonunda məhkum olunmuş 35 yaşlı Ceyhun Hüseynov və 30 yaşlı Nəcibə Şahvələdova saxlanılıblar. Həmin şəxslərdən ölkə ərazisinə əvvəlcədən sövdələşmə əsasında İranda yaşayan narkotacir tərəfindən göndərilən 10 kiloqramdan artıq marixuana aşkarlanıb.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib. Primeinfo.az xəbər verir ki, İctimai şuranın yeni tərkibi 7 nəfərdən təşkil edilib. Səsvermənin nəticələrinə əsasən, aşağıdakı namizədlər DİN yanında İctimai Şuranın üzvləri seçiliblər: 1.
Səbail Rayon Polis İdarəsi 41-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, növbəti tədbir zamanı 36 yaşlı Məmməd Məmmədov və həmyaşıdı Müşfiq Səfərov polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 8 kiloqram 100 qram marixuana aşkarlanıb.
Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan gənc oğlan həbs olunub. Primeinfo.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. İttiham aktına görə, 18 yaşlı Xəyal İsrafilov sevgi münasibətində olduğu 13 yaşlı Aydanla (şərti adla) qızın yaşadığı evdə könüllü şəkildə təbii yolla cinsi əlaqədə olublar.
“Koti” kimi tanınan tiktoker Zeynəb Zeynallı həbs edilib. Primeinfo.az xəbər verir ki, məhkəmə prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib. “Koti” bu dəfə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilib.
İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edilib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva həbs edilib.
Fevralın 19-da ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 73, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 və dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqədar 45 fakt müəyyən edilib.