Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Daxili İşlər Nazirliyi (DİN)

Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat - SİLAHLAR TAPILIB

Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat - SİLAHLAR TAPILIB

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Ədliyyə Nazirliyndən Primeinfo.az-a daxil olan məlumata görə, nazirliyin Penitensiar xidmətinin əməliyyat aparatının DİN-in müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd “AKS-74U” markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Qaxda keçmiş məhkum eyni əmələ görə növbəti dəfə tutuldu - VİDEO

Qaxda keçmiş məhkum eyni əmələ görə növbəti dəfə tutuldu - VİDEO

Qaxda dörd kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 53 yaşlı Zaza Poladaşvili saxlanılıb.

Bakıda soyğunçuluğa görə 3 dəstə üzvü saxlanılıb

Bakıda soyğunçuluğa görə 3 dəstə üzvü saxlanılıb

Nəsimi rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Primeinfo.az xəbər verir ki, zərərçəkən şəxs tanışlıq səhifələrinin birində ünsiyyətdə olduğu qadınla görüşmək üçün onun təyin etdiyi ünvana yollanıb. Qeyd edilən yerə çatanda isə tanımadığı şəxslər onun mobil telefonunu və kartında olan 110 manatını açıq talama yolu ilə ələ keçiriblər.

Bakıda mağazadan seyf oğurlayan şəxs tutulub

Bakıda mağazadan seyf oğurlayan şəxs tutulub

Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən obyektlərin birindən içərisində 500 manat nağd pul və 1950 manat dəyərində hədiyyə kuponları olan seyf oğurlanıb. Primeinfo.az-ın xəbərinə görə, naməlum şəxs mağaza əməkdaşlarının başının qarışıq olmasından istifadə edərək seyfi ələ keçirib və obyektin arxa qapısından çıxarıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Maksim Mahmudov müəyyən olunaraq saxlanılıb.

DİN: İtkin düşən 9 nəfər tapılıb

DİN: İtkin düşən 9 nəfər tapılıb

İtkin düşən 9 nəfər tapılıb. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, mayın 9-da və 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.   Məlumatda o da deyilir ki, mayın 9-da və 10-da ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Xaçmazda narkotiklə bağlı 2 NƏFƏR SAXLANILIB

Xaçmazda narkotiklə bağlı 2 NƏFƏR SAXLANILIB

Xaçmazda dəmiryolu polisi 2 nəfərdə narkotik aşkarlayıb. DIN-in mətbuat xidmətinin Quba regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş şəxslər – 59 yaşlı S.Siracov və 37 yaşlı A.Həsənov saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

6 kiloqramdan çox marixuana dövriyyədən ÇIXARILDI - FOTO

6 kiloqramdan çox marixuana dövriyyədən ÇIXARILDI - FOTO

Xəzər rayonunda 6 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı Sənan Muxtarov saxlanılıb.

Bakıda 2 nəfərin mobil telefonları oğurlamasının ANBAAN VİDEOSU

Bakıda 2 nəfərin mobil telefonları oğurlamasının ANBAAN VİDEOSU

Paytaxtın Nizami rayonunda müxtəlif vaxtlarda 5 nəfərə məxsus mobil telefonlar onların işlədikləri məkanlar və avtomobillərdən oğurlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı İmran Həmidov saxlanılıb.

Qızıl mağazasından oğurluq edən şəxs SAXLANILIB

Qızıl mağazasından oğurluq edən şəxs SAXLANILIB

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, araşdırmalar zamanı adıçəkilən şəxsin qohumuna məxsus mağazadan 12 500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

DİN-dən əməliyyat - Həbs edilənlər var - VİDEO

DİN-dən əməliyyat - Həbs edilənlər var - VİDEO

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxt ərazisində keçirilən tədbirlər zamanı Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşıyev saxlanılıblar. Primeinfo.az xəbər verir ki, onlardan 71 kq tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 13 min ədəd metadon həbi aşkarlanıb.