Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Daxili İşlər Nazirliyi (DİN)

Maştağada neft kəmərindən oğurluğa cəhd zamanı YANĞIN - 2 nəfər saxlanılıb - VİDEO

Maştağada neft kəmərindən oğurluğa cəhd zamanı YANĞIN - 2 nəfər saxlanılıb - VİDEO

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) Primeinfo.az-a verilən xəbərə görə, sentyabrın 2-də gecə saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində yanğın baş verməsi barədə polisə məlumat daxil olub. Yanğın söndürüldükdən sonra əraziyə baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə məqsədi ilə əlavə avadanlıqların quraşdırıldığı müəyyən edilib.

Qobustanda İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutulub

Qobustanda İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutulub

Qobustanda 3 kiloqram narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyindən (DİN) Primeinfo.az-a verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyev saxlanılıblar. Onlardan 3 kiloqram narkotik vasitə aşkarlanıb.

Ötən gün 68 cinayətin üstü açılıb

Ötən gün 68 cinayətin üstü açılıb

Sentyabrın 2-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 103, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

DİN-dən dövlət qurumlarının adından edilən aldadıcı zənglərlə bağlı ÇAĞIRIŞ

DİN-dən dövlət qurumlarının adından edilən aldadıcı zənglərlə bağlı ÇAĞIRIŞ

Daxili İşlər Nazirliyi dövlət qurumlarının adından edilən aldadıcı zənglərlə bağlı çağırış edib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Müraciətdə deyilir ki, kiberdələduzlar tərəfindən müxtəlif dövlət qurumlarının adından vətəndaşlara zəng edilərək bank hesablarında olan pul vəsaitlərinin təhlükəsizliyi bəhanəsi ilə onların digər hesablara köçürülməsi barədə saxta məlumatlar verilir: “Vətəndaşları müxtəlif xarici ölkələrdən dövlət qurumlarının adından edilən zəng və göndərilən mesajlara qarşı diqqətli olmağa, şəxsi və bank məlumatlarını qarşı tərəfə təqdim etməməyə, mobil telefonlarına göndərilən təsdiq kodlarını paylaşmamağa, tanımadıqları keçidlərə daxil olmamağa, eləcə də bu cür müraciətlər əsasında hər hansı ödəniş və ya maliyyə əməliyyatı həyata keçirməməyə çağırırıq.

Qaradağda anbardan 70 min manatlıq telefon və aksesuarlar OĞURLANIB

Qaradağda anbardan 70 min manatlıq telefon və aksesuarlar OĞURLANIB

Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən (DİN) Primeinfo.az-a verilən məlumata görə, xəbər verir ki, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus anbardan ümumi dəyəri 70 min manata yaxın mobil telefon və aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu müəyyən olunaraq saxlanılıblar.

Binəqədidə dələduzluq edən şəxs SAXLANILIB

Binəqədidə dələduzluq edən şəxs SAXLANILIB

Bakıda ev satmaq adı ilə dələduzluq edən şəxs tutulub. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, Binəqədi rayonunda dələduzluq etməkdə şübhəli bilinən 42 yaşlı X.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs özünü əmlakçı kimi təqdim edərək zərərçəkənin etibarından sui-istifadə edib və onun 23 min manata yaxın məbləğdə pul vəsaitini ələ keçirib.

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs SAXLANILIB

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs SAXLANILIB

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı Niyaz Mirzəyev saxlanılıb. Onun yaşadığı ünvandan xüsusi olaraq qulluq edərək yetişdirdiyi narkotik tərkibli bitkilər və narkotik vasitələr aşkarlanıb.

Motosiklet qaçıran və oğurluq edənlər SAXLANILDI

Motosiklet qaçıran və oğurluq edənlər SAXLANILDI

Binəqədi rayon sakini olan bir nəfər polisə müraciət edərək 2000 manat dəyərində motosikletinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən N.Əliyev saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.