Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Daxili İşlər Nazirliyi (DİN)

Ləman Ələşrəfqızını aldadaraq, İqbal Ağazadənin adından pul yığan şəxs araşdırılır – DİN - FOTO

Ləman Ələşrəfqızını aldadaraq, İqbal Ağazadənin adından pul yığan şəxs araşdırılır – DİN - FOTO

Ötən gün Ümid Partiyasının sədri İqbal Ağazadə “Teleqram” hesabının kiberfırıldaqçıların hədəfinə çevrildiyini açıqlanmışdı. O, Daxili İşlər Nazirliyinə müraciətində naməlum şəxsin onun adından kontaktında olan şəxslərə mesaj yazıb pul istədiyini qeyd etmişdi. Primeinfo.az bildirir ki, məsələ ilə bağlı Modern.az Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.

Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb

Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb

İyunun 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 9 tüfəng, 10 patron darağı və 486 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, DİN-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

İtkin düşən 6 nəfər tapılıb - DİN

İtkin düşən 6 nəfər tapılıb - DİN

İtkin düşən 6 nəfər tapılıb. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, dünən polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Ağsuda narkotik plantasiyası aşkar edildi

Ağsuda narkotik plantasiyası aşkar edildi

Ağsuda dağlıq ərazidə narkotik plantasiyası aşkar edilib. Primeinfo.az-ın məlumatına görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində əməliyyat keçiriblər. Əməliyyat zamanı narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyev saxlanılıb.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər SAXLANILIB

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər SAXLANILIB

Ötən gün ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 158, o cümlədən borclu şəxs qismində axtarışda olan 144 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Azərbaycanda NARKOTİK ƏMƏLİYYATI: 9 nəfər həbs olundu - VİDEO

Azərbaycanda NARKOTİK ƏMƏLİYYATI: 9 nəfər həbs olundu - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. DİN-dən Primeinfo.az-a verilən xəbərə görə, paytaxt və bölgələrdə keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Müzadil Məmmədov, 35 yaşlı Kamran Məmmədov, 40 yaşlı Xanım Qardaşova, 43 yaşlı Rövşən Nəsirov, 42 yaşlı Fərid Nəzərov, 26 yaşlı Orxan Abbasov, 27 yaşlı Eyyub Məmmədov, 43 yaşlı Abdulla Məmmədov və 36 yaşlı Museyib Həsənov saxlanılıblar. Həmin şəxslərdən 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, həşiş, eləcə də yüksək təsirli narkotik vasitə olan kokain, 2087 ədəd psixotrop tərkibli metadon, ekstazi həbi, elektron tərəzilər və narkotiklərin satışından əldə edilən 55270 manat pul vəsaiti aşkarlanıb.

Ədliyyə Nazirliyi və DİN-dən BİRGƏ ƏMƏLİYYAT

Ədliyyə Nazirliyi və DİN-dən BİRGƏ ƏMƏLİYYAT

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi (DİN) birgə əməliyyat keçirib. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı odlu silah, ona məxsus 1 ədəd daraq və 9 ədəd güllə aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Ötən gün 57 cinayətin üstü açılıb

Ötən gün 57 cinayətin üstü açılıb

İyunun 22-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 149, o cümlədən borclu şəxs qismində axtarışda olan 111, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.