Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri ekoloji xarakterli tədbirlərlə Xəzər rayonu Zirə qəsəbəsi yaxınlığında qanunsuz balıq ovu ilə məşğul olan 30 yaşlı E.Çərkəzov müəyyən edilərək saxlanılıb. Yoxlama zamanı ondan qanunsuz balıq ovunda istifadə etdiyi sintetik torlar, ümumi çəkisi 26 kiloqram olan 95 ədəd müxtəlif növ balıq aşkarlanıb.
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.
Avqustun 4-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 80, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 və dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib.
Avqustun 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd patron aşkar edərək götürüblər. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Ağdam rayonu ərazisində son günlər baş vermiş yanğın hadisələrinin səbəblərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil olunub.
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunub.
AzTV-də narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunan “Qara kabus” adlı yeni filmi yayımlanıb.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Nazirlikdən Primeinfo.az-a verilən məlumata görə, Abşeron və Qaradağ rayonlarında keçirilən tədbirlərlə əvvəllər oğurluq cinayətinə görə məhkum olunan Ramil Əliyev və Nihat Abdurrahmanov saxlanılıblar. Onlardan ümumilikdə 57 kiloqram heroin, metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 1981 ədəd metadon həbi aşkarlanıb.
İyulun 28-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 102, o cümlədən borclu şəxs qismində axtarışda olan 77, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 və dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni, 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.