Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: din

Abşeron və Gəncədəki obyektlərə qənim kəsilən talançı dəstə saxlanıldı

Abşeron və Gəncədəki obyektlərə qənim kəsilən talançı dəstə saxlanıldı

Abşeron rayonunda silsilə oğurluq hadisələri baş verib. Naməlum şəxslər Xırdalan şəhərində bir, Masazır qəsəbəsində isə iki mağazanın qapısını sındıraraq içəri daxil olub və obyektlərdən ümumilikdə 2300 manat pulu talayıblar. Primeinfo.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 25 tüfəng, 5 patron darağı və 427 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Qaz idarəsindənəm" deyib vətəndaşları aldatdı, saxlanıldı

"Qaz idarəsindənəm" deyib vətəndaşları aldatdı, saxlanıldı

Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işləməsini və s. səbəblər irəli sürməklə onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN: Ağır cinayətlər törətmiş 1033 nəfər tutulub

DİN: Ağır cinayətlər törətmiş 1033 nəfər tutulub

Ötən il ərzində ağır və xüsusilə ağır cinayətlər törətmiş 1033 nəfər tutulub, 214 kriminal qrup zərərsizləşdirilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyilib. Qrup halında baş verən cinayətlər 8,9, odlu silahın tətbiqi ilə törədilənlər 44,1, ailə münaqişəsi zəminli cinayətlər 3,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 17,5 faiz azalıb.

Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Suraxanı RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “Chevrolet” markalı 90-YD-239 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Elçin Aşurəliyev saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilir ki, sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Azərbaycanda 15 qız QAÇIRILIB

Azərbaycanda 15 qız QAÇIRILIB

Həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilmiş 2025-ci ilin yekunlarına dair Kollegiya iclasında bildirilib. Qeyd edilib ki, 2025-ci ildə 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb.

DİN: "Ötən il 31 min cinayət törədilib" - FOTO

DİN: "Ötən il 31 min cinayət törədilib" - FOTO

Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik “Konstitusiya və Suverenlik İli” olan 2025-ci ildə də etibarlı qorunub.

İşğaldan azad edilmiş ərazilərdə 1079 döyüş silahı AŞKARLANIB

İşğaldan azad edilmiş ərazilərdə 1079 döyüş silahı AŞKARLANIB

İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-də keçirilən kollegiya iclasında deyilib. Bildirilib ki, ümumilikdə 5 199 odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1 079 döyüş silahı, 2 183 mərmi və 220 mindən çox patron aşkarlanıb.

Azərbaycanda 214 kriminal qrup zərərsizləşdirilib

Azərbaycanda 214 kriminal qrup zərərsizləşdirilib

Ötən il Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər törətmiş 1 033 nəfər tutulub. Primeinfo.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib. Nazir bildirib ki, hesabat dövründə 214 kriminal qrup zərərsizləşdirilib.

Pornoqrafik materiallar yayan 272 sayt bloklanıb

Pornoqrafik materiallar yayan 272 sayt bloklanıb

Ötən il pornoqrafik materiallar yayan 272 sayt aşkarlanaraq bloklanması təmin edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilə dair keçirilmiş kollegiya iclasında məlumat verilib. Bildirilib ki, internet resurslarının real vaxt rejimində monitorinqi də davam etdirilərək dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter sistemlərinə zərər vuran viruslar yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1 131 ümumilikdə 3 315 sayt, sosial şəbəkə hesabı və səhifə aşkarlanaraq bloklanması təmin edilib