“Məncə, Donald Tramp öz məqamını gözləyir. Gedən sülh danışıqları isə zamanı uzatmaq üçün vasitədir. Həm də dünyaya mesaj verilir ki, biz sülh istəyirik”.
ABŞ Prezidenti Donald Tramp İranla istənilən qədər danışıqlar aparmağa hazır olduğunu bildirib.
ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın ilk tammiqyaslı sammitinin 19 fevralda Vaşinqtonda keçirilməsi planlaşdırılır.
“Epşteyn fayllarında kimin adı çıxırsa, o şeytandır” fikri yalnışdır”.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb.
İran hakimiyyəti tərəflər arasında etimadın bərpa olunacağı təqdirdə ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə danışıqlara hazırdır.
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqton üçün məqbul bir razılaşma əldə edəcəyinə ümid etdiyini bildirib. Primeinfo.az xəbər verir ki, Amerika lideri bu barədə Floridaya gedərkən jurnalistlərə açıqlama verib. “Ümid edirəm ki, onlar məqbul bir şeylə bağlı razılığa gələ biləcəklər”, – o vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp Meksikanın Kuba Prezidenti Klaudiya Şeynbaumla söhbətindən sonra Kubaya neft tədarükünü dayandırdığını bildirib. Primeinfo.az xəbər verir ki, o, bunu Floridaya uçuşu zamanı təyyarəsində jurnalistlərə bildirib. “Meksika prezidenti Şeynbaum çox mehriban idi.
Kubada beynəlxalq fövqəladə vəziyyət elan edilib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı ölkənin xarici işlər naziri Bruno Rodriges “X” hesabında açıqlayıb. Onun sözlərinə görə, ABŞ-nin yaratdığı təhlükə səbəbindən belə bir qərar verilib: “Kuba xalqı ABŞ hökuməti ilə münasibətlərdəki vəziyyətin qeyri-adi və fövqəladə bir təhlükə yaratdığı qənaətinə gəlir”.
Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev prezident administrasiyasının üzvləri ilə görüşlər keçirmək üçün ABŞ-a gedəcək. Primeinfo.az xəbər verir ki, Reuters Agentliyin məlumatına görə, Dmitriyev ABŞ administrasiyasının rəsmiləri ilə danışıqlar aparmaq üçün 31 yanvar şənbə günü Mayamidə olacaq. Moskva və Kiyev arasında danışıqların yeni mərhələsi ertəsi gün, 1 fevralda Əbu-Dabidə planlaşdırılır.