Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Əfqanıstan

Əfqanıstan-Pakistan sərhədində toqquşma - 22 nəfər həlak olub

Pakistan-Əfqanıstan sərhədində cavab əməliyyatı zamanı azı 22 Taliban üzvü öldürülüb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistanın “Geo News” kanalı hüquq mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Mənbələr əlavə ediblər ki, təhlükəsizlik qüvvələri Talibanın Pakistan-Əfqanıstan sərhədində səbəbsiz əməliyyatından sonra “Ghazab-lil-haqq” əməliyyatına başlayıb.

Əfqanıstan və Pakistan qüvvələri arasında toqquşma olub

Bu gün günortadan sonra sərhəd bölgələrində Əfqanıstan və Pakistan qüvvələri arasında toqquşmalar baş verib və döyüşlər hələ də davam edir. Primeinfo.az xəbər verir ki, bu barədə Əfqanıstanın yerli mətbuatı məlumat yayıb. Məlumata görə, toqquşmalar Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində, Pakistanla sərhəd ərazilərdə baş verib.

"Taliban"dan Pakistana XƏBƏRDARLIQ

“Taliban” hərəkatının başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökuməti son hava zərbələrinə cavab verəcəyi barədə Pakistana xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb. “Taliban” administrasiyasının müdafiə nazirliyi Pakistan aviasiyasının Nanqarhar və Paktika vilayətlərinə zərbələr endirdiyini bildirib.

Əfqanıstanda “cadugərlər” mühakimə olunacaq

Əfqanıstanda uzun illər şəriət qaydalarını pozduğu və “cadugərliklə” məşğul olduqları iddia olunan iki qadın saxlanılıb. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Xeyirin Təşviqi və Şərin qarşısının alınması nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Paktika əyalətinin Barmal qəsəbəsində uzun illər kişi qiyafəsində, kişi saç düzümündə olaraq, şəriətə zidd olan cadugərlik fəaliyyəti ilə məşğul olan iki qadın saxlanılıb”, – məlumatda qeyd olunur.

Əfqanıstanda kişi paltarı geyinmiş cadugər qadınlar mühakimə ediləcəklər

Əfqanıstanda illərdir kişi paltarı geyinərək, xurafat yayaraq şəriət qanunlarını pozan iki cadugər qadın saxlanılıb. Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Fəzilətin təbliği və Pisliklərin qarşısının alınması Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. “Paktika əyalətinin Barmal qəzasında şəriət qanunlarına zidd olaraq, uzun illərdir kişi paltarı geyinən, kişi saç düzümündə gəzən və cadugərlik edən iki qadın saxlanılıb”, – deyə məlumatda bildirilib.

Ərdoğan: "Pakistan-Əfqanıstan atəşkəsinin uzadılmasına yardım etməyə hazırıq"

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Pakistan və Əfqanıstan arasında münaqişənin dayandırılması üçün hazırlanan dəstək mexanizminə töhfə verməyə hazır olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, məlumatı Türkiyə prezidentinin administrasiyası yayıb. R.T.Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə Aşqabadda “Beynəlxalq sülh və etimad ili – 2025” forumu çərçivəsində keçirilən görüşdə deyib: “Pakistan və Əfqanıstan arasında atəşkəsin uzadılması məmnunluq doğurur.

Pakistan–Əfqanıstan danışıqları növbəti dəfə nəticəsiz qaldı

Pakistan və Əfqanıstan nümayəndələrinin sərhəddəki vəziyyətin tənzimlənməsi ilə bağlı növbəti görüşü yenə də heç bir nəticə verməyib. Primeinfo.az xəbər verir ki, bu barədə Dawn qəzeti mənbələrə istinadən məlumat yayıb. Noyabrın 30-da Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Ər-Riyadda keçirilən qapalı danışıqlar iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişlə nəticələnməyib.

Əfqanıstan səfirliyi Azərbaycan xalqını təbrik edib - FOTO

Əfqanıstanın Bakıdakı səfirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Prieinfo.az xəbər verir ki, müvafiq təbrik diplomatik missiyanın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. “8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik”, – paylaşımda deyilir.