“İran Azərbaycana qarşı çox təxribat törədib. Elə 2000-ci ilin əvvəllərində bu təxribatın qarşısını Türkiyə ilə Azərbaycan birgə aldı”.
İrandakı rejimin Hörmüz boğazıyla bağlı siyasəti dəyişməyib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Hörmüz boğazının ya hamı üçün sülh və inkişaf boğazı, ya da müharibəni qızışdıranlar üçün məğlubiyyət və əzab boğazı olacağını bildirib.
“Türkiyədə belə bir plan da var: Əgər İranda xaos güclənərsə, Türkiyə İran daxilində, Güney Azərbaycan hissəsində bufer zona yaradacaq ki, yaranacaq humanitar problemləri elə orada həll etsin”.
“İranın parçalanması ehtimalı üç ssenaridən biridir. ABŞ ya rejimi tamamilə dəyişəcək ki, bu da onlar üçün ən uğurlu ssenaridir. Ya rejimi zəiflədəcək və Venesuela kimi sözəbaxan edəcək. Bu da ABŞ üçün münasib variantlardan biridir”.
“Rusiya Cənubi Qafqazdan qovulur və təsir imkanları getdikcə azalır. Bölgə üçün tarixi bir şans yaranıb. 100 il öncə də bu tarixi şans yaranmışdı, amma həyata keçirmək üçün imkan olmamışdı. İndi isə yenidən şans yaranıb ki, Rusiyanın təsirlərini azaldaq”.
“İranda etirazların ilk mənbəyi söndürülməyib. İnflyasiya daha da dərinləşib. İran neftini sata bilmir”.
“Onlar üçün rahat həyat artıq bitib. Həmin şəxslər sadəcə özləri üçün yox, ailələri üçün də qorxurlar”.
“Məncə, artıq düyməyə basılıb. Yəqin ki, İrana nöqtə zərbələri endiriləcək. ABŞ-nin ən böyük təyyarə daşıyan gəmisi İranın sahillərinə xeyli yaxınlaşıb”.
Rusiya postsovet ölkələrinin suverenliyi və müstəqilliyi ilə heç cür barışa bilmir. Ukrayna ilə apardığı müharibə fonunda təhdid siyasəti getdikcə daha qabarıq forma alır. Bu dəfə Rusiyalı politoloq Aleksandr Duqin Azərbaycanı separatizmlə hədələyib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə son sutka ərzində iki dəfə telefon danışığı aparıb. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” sosial şəbəkəsində sözügedən telefon görüşmələrini şərh edib.