Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: erdoğan

Kavelaşvili Ərdoğana başsağlığı verib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili təyyarə qəzası ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Primeinfo.az xəbər verir ki, o, “X” hesabında dəhşətli faciənin Gürcüstana böyük kədər gətirdiyini bildirib. “Bu ağrılı və çətin anlarda Türkiyə xalqı ilə sarsılmaz həmrəyliyimizi ifadə edirik”, – Kavelaşvili yazıb.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Ərdoğandan İlham Əliyevə Zəfər TƏBRİKİ

“Bir millət, iki dövlət” prinsipi ilə qurulmuş yüksəksəviyyəli münasibətlərimiz və öz gücünü ortaq taleyimizdən alan sarsılmaz qardaşlıq bağlarımız keçmişdə olduğu kimi, bu gün də möhkəmlənməkdə davam edir”.

Dəmirtaş azadlığa buraxılır? - Ərdoğandan CAVAB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş barəsində çıxardığı hökmə münasibət bildirib. Primeinfo.az bu barədə Haberler.com-a istinadən məlumat verir. R.T.Ərdoğan qeyd edib ki, Türkiyə məhkəmə sistemi bu məsələdə nə desə, o da tətbiq ediləcək.

Ərdoğan Nazirlər Kabinetini toplayır

Ərdoğan Nazirlər Kabinetini toplayır: Ukrayna müzakirəsi Ana səhifə Planet 12 Punto 14 Punto 16 Punto 18 Punto Ərdoğan Nazirlər Kabinetini toplayır: Ukrayna müzakirəsi Ukrayna münaqişəsi bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Prezident Administrasiyasındakı mənbə deyib. “Ukraynadakı münaqişənin həlli məsələsi daim cənab prezidentin diqqət mərkəzindədir.

Ərdoğan və Merts Ankarada danışıqlar aparırlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Fridrix Merts Ankarada qapalı formatda danışıqlara başlayıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb. Bildirilib ki, bu, Fridrix Mertsin kansler qismində Türkiyəyə ilk səfəridir.

Zelenski Ərdoğana təşəkkür etdi 

Ukrayna Prezidenti Volodimir Zelenski Cümhuriyyət Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını təbrik edib.  Primeinfo.az xəbər verir ki, Ukrayna lideri bu barədə özünün “X” sosial media hesabında türkcə paylaşım edib.  V.Zelenski Ukraynanın Türkiyə ilə dostluq və səmimiyyətə əsaslanan münasibətlərini, eləcə də Qara dəniz bölgəsinin təhlükəsizliyi naminə həyata keçirilən əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. 

Türkiyə silah ixracatına görə dünyada 11-ci yerdədir

Türkiyə silah ixracatının həcminə görə dünyada 11-ci yerə çıxıb. Türkiyənin müdafiə sənayesi məhsulları 180 ölkəyə ixrac olunur. Lakin biz nail olduğumuzla kifayətlənməyəcəyik və müdafiə sektorunda idxaldan asılılığımızı tamamilə aradan qaldırmağı hədəfləyirik.