İranın Rudbar şəhərində polis idarəsinə hücum zamanı polis əməkdaşı öldürülüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Məlumata görə, etirazçıların ov tüfəngindən açdığı atəş nəticəsində ağır yaralanan polis əməkdaşı Məhəmməd Puribrahim həyatını itirib.
ABŞ İranda davam edən etiraz aksiyalarının iştirakçılarına dəstək ifadə edib.
Tehranın prokuroru Əli Salehi İranda baş verən kütləvi iğtişaşlarda iştirak edən şəxslərin ölüm cəzası ilə üzləşə biləcəyini bildirib. Primrinfo.az bu barədə İran mediasına istinadən xəbər verir. O qeyd edib ki, dövlət və ictimai əmlaka ziyan vuran, həmçinin hüquq-mühafizə orqanları ilə qarşıdurmaya girən şəxslər ciddi məsuliyyət daşıyır.
ABŞ prezidenti Donald Tramp İranda iqtisadi çətinliklər səbəbindən başlayan və hökumət əleyhinə nümayişlərə çevrilən etirazlar haqqında video paylaşıb. Primeinfo.az xəbər verir ki, Tramp İsrailin 13-cü Kanalı tərəfindən hazırlanan videonu özünün Truth sosial səhifəsində paylaşıb. Videoya əlavə etdiyi şərhdə ABŞ prezidenti xəbər reportajında istifadə olunan ifadəni təkrarlayıb.
İranda etirazçılar İlam əyalətinin Banhalan kəndindəki ziyarətgahı dağıdıblar. Primeinfo.az xəbər verir ki, “Mehr” agentliyi məlumat yayıb. “Etirazçılar Bədr rayonunda ziyarətgahlara hücum etdikdən sonra Bənhəlan kəndində imamların nəslindən olan Abbasın məqbərəsini yandırıblar”, – deyə məlumatda bildirilir.
İranda hökumətə qarşı etirazlar bir sıra şəhər və əyalətlərdə davam edir.
“Ötən gün Gürcüstanda seçkilər demokratiyanın ən yüksək standartlarına uyğun olaraq keçirilib, lakin təəssüflər olsun ki, paralel olaraq hakimiyyətin devrilməsi kampaniyası aparıldı”.
“Gürcüstanda ötən gün beşinci “Maydan”a cəhdi uğursuzluğa düçar oldu. Ölkədə iğtişaş yaratmaqla bağlı istənilən cəhdlərin qarşısı alınacaq, məsuliyyət daşıyanlar cəzalandırılacaq”. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
Saxlanılan şəxslər Azadlıq meydanında keçirilən mitinqdə zorakılıq çağırışları ediblər, bəzi iştirakçılar isə Prezident Sarayının mühafizə baryerlərini dağıdaraq binaya daxil olmağa cəhd göstəriblər.
Tbilisidə Gürcüstan Prezidentinin iqamətgahı qarşısında etirazçıların aksiyaları nəticəsində Daxili İşlər Nazirliyinin 14 əməkdaşı yaralanıb.