Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: gürcüstan

Bu ölkədə ali təhsilin müddəti 4 ilə endirilib

Gürcüstan parlamenti “Ali təhsil” haqqında Qanuna düzəlişləri yekun oxunuşda qəbul edib. Primeinfo.az xəbər verir ki, hökumətin təşəbbüsü əsasında hazırlanmış layihəni 79 deputat dəstəkləyib, 9-u isə əleyhinə olub. Düzəlişlərə əsasən, universitet sistemintdə bəzi ixtisaslar istisna olmaqla bakalavr təhsilinin müddəti 3, magistr təhsilinin müddəti isə 1 il müəyyən edilib.

Tbilisidə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub

Tbilisidə Gürcüstan və Ermənistan parlamentlərinin xarici əlaqələr komitələrinin illik birgə iclası keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib.   Toplantıda iki ölkə arasındakı münasibətlər, strateji tərəfdaşlığın vacibliyi və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə olunub.

Emin Əmrullayev Gürcüstana gedib

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstana səfər edib. Primeinfo.az  xəbər verir ki, səfər çərçivəsində nazirin ölkənin təhsil, elm və gənclər naziri Givi Mikanadze və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub. Gürcüstan Təhsil və Elm Nazirliyinin sözçüsü Mariam Adeişvili bildirib ki, görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələr və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunacaq.

Türkiyə sahillərində Gürcüstana yağ daşıyan Rusiya tankerinə hücum edildi

Gürcüstana yağ daşıyan Rusiya tankeri Türkiyə sahilləri yaxınlığında hücuma məruz qalıb Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan MIDVOLGA-2 adlı Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərindən 80 mil məsafədə hücuma məruz qalıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bu ölkənin nəqliyyat və infrastruktur nazirliyinə istinadən məlumat yayıb. 13 nəfərlik ekipajdan ibarət gəmi kömək istəməyib.

Gürcüstan QDİƏT PA-nın sədri seçilib

Gürcüstan altı aylıq müddətə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) sədri olub. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, parlamentin sədri Şalva Papuaşvili isə Assambleyanın prezidenti vəzifəsinə təyin edilib. Gürcüstan parlamentinin məlumatına görə, sədrlik çərçivəsində ölkə Orta Dəhlizin inkişaf etdirilməsi, parlament diplomatiyasının gücləndirilməsi və regional əlaqələrin təşviqi istiqamətində fəaliyyət göstərəcək.

Gürcüstanda meşə yanğınına 200 yanğınsöndürən, 3 helikopter cəlb olunub

Gürcüstanın Bağdati rayonunda səhər saatlarından etibarən meşə yanğını başlayıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, Fövqəladə İdarəetmə Xidməti Bağdatinin Xani kəndi yaxınlığında qarışıq meşə massivində başlayan yanğının hələ də davam etdiyini bildirib. Qurumun məlumatına görə, alovun söndürülməsinə 200-ə yaxın yanğınsöndürən və müxtəlif növ xüsusi texnika cəlb olunub.

Azərbaycan və Qazaxıstan ədliyyə nazirləri görüşüb - FOTO

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayevlə görüşüb. Nazirlikdən Primeinfo.az-a  verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olması və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Ölkələr arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfədən bəhs edilib, hüquqi sahədə yardımın göstərilməsinin və beynəlxalq müqavilələr əsasında praktiki təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkilib.

Tbilisidə “Tramp marşrutu” və regional sülh prosesləri müzakirə olundu

Gürcüstanın hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani ABŞ Dövlət Departamentinin Baş müşaviri Conatan Askonasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib. Görüşdə Gürcüstan hökuməti tərəfindən ölkənin tranzit və birləşdirici funksiyalarının möhkəmləndirilməsi üçün atdığı addımlar müzakirə olunub.

“Türkiyə gəmisinə və Azərbaycan səfirliyinə hücumlar bir-biri ilə bağlıdır” - VİDEO

“Türkiyə gəmisinə edilən hücum və Azərbaycan səfirliyinin hədəf alınması arasında əlaqə var və bu hadisələr təsadüfi deyil”. Primeinfo.az xəbər verir ki, bunu ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində deyib. O, bu hücumların regiondakı geosiyasi proseslərlə bağlı olduğunu bildirib.