Gürcüstanda baş verən təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatları davam edir. Primeinfo.az-ın məlumata görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib. Nazir Gürcüstan hökumətinə göstərdiyi yardım və əməkdaşlığa görə təşəkkürünü ifadə edib.
Gürcüstanda qəzaya uğrayan C130 tipli hərbi yük təyyarəsi ilə bağlı hadisə yerinə çatan qəza-araşdırma və axtarış-xilasetmə qrupumuz Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirir. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, qəza ilə əlaqədar texniki araşdırma və qiymətləndirmə prosesi davam edir.
Türkiyə-Gürcüstan və Azərbaycan müdafiə nazirləri təyyarə qəzası ilə bağlı məsləhətləşmələr aparıb. Primeinfo.az TRT-yə istinadən xəbər verir ki, nazirlər axtarış-xilasetmə prosesi ilə bağlı məlumat mübadiləsi aparıb.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili təyyarə qəzası ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Primeinfo.az xəbər verir ki, o, “X” hesabında dəhşətli faciənin Gürcüstana böyük kədər gətirdiyini bildirib. “Bu ağrılı və çətin anlarda Türkiyə xalqı ilə sarsılmaz həmrəyliyimizi ifadə edirik”, – Kavelaşvili yazıb.
Brüssel Gürcüstan hökuməti ilə dialoqdan imtina siyasəti aparır. Primeinfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze deyib. Onun sözlərinə görə, Gürcüstanın Avropa İttifaqının (Aİ) genişlənmə sammitinə dəvət olunmaması həmin siyasətin davamıdır.
Türkiyəyə məxsus C-130 təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Hava Naviqasiyası Administrasiyasından bildirilib. Məlumata əsasən, təyyarə həyəcan siqnalı verməyib.
Gürcüstan və Azərbaycan sərhədi yaxınlığında hərbi helikopter qəzaya uğrayıb.
Gürcüstanın “Crystal Group” böyük developer şirkətinin sahibi Vladimir Stepanyan barəsində həbs qətimkan tədbiri seçilib. Primeinfo.az xəbər verir ki, bu barədə qərarı Tiflis Şəhər Məhkəməsi qəbul edib. Stepanyan məhkəmədə danışmaqdan imtina edib.
Gürcüstanda sifarişli qətlin qarşısı alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib. Saxlanılan 2007-ci il təvəllüdlü şəxs kriminal avtoritet Elmuraz Məmmədovun göstərişi əsasında Laqodexi rayonunun Qabal kəndinin sakinini qətlə yetirməli olub.
Gürcüstanda sabiq prezident Mixeil Saakaşvili, müxalifət liderləri – Giorgi Vaşadze, Nika Qvramiya, Nika Meliya, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazradze və Badri Caparidzeyə qarşı cinayət işi açılıb. Primeinfo.az-ın APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, həmin şəxslər Gürcüstanda konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlarda ittiham olunurlar.