Gürcüstanın müdafiə naziri İrakli Çikovani Ermənistana səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın dəvəti ilə Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 21-də rəsmi səfərlə İrəvana gedib.
Ötən gün Tbilisidə Rustaveli prospektində keçirilən aksiya zamanı 27 nəfər qanun pozucusu müəyyən edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. Həmin şəxslər arasında yolu qanunsuz olaraq bağlayan 14 nəfər həbs olunub.
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkədə qanunsuz yaşayan 21 əcnəbini saxlayıb. Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Georgia Online” portalı Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, Miqrasiya Departamentinin əməkdaşları ölkədə qanunsuz yaşayan əcnəbilərin müəyyən edilməsi məqsədilə bir sıra ünvanlarda yoxlamalar aparıblar.
“Ötən gün Gürcüstanda seçkilər demokratiyanın ən yüksək standartlarına uyğun olaraq keçirilib, lakin təəssüflər olsun ki, paralel olaraq hakimiyyətin devrilməsi kampaniyası aparıldı”.
“Gürcüstanda ötən gün beşinci “Maydan”a cəhdi uğursuzluğa düçar oldu. Ölkədə iğtişaş yaratmaqla bağlı istənilən cəhdlərin qarşısı alınacaq, məsuliyyət daşıyanlar cəzalandırılacaq”. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
Saxlanılan şəxslər Azadlıq meydanında keçirilən mitinqdə zorakılıq çağırışları ediblər, bəzi iştirakçılar isə Prezident Sarayının mühafizə baryerlərini dağıdaraq binaya daxil olmağa cəhd göstəriblər.
Gürcüstan üzrə 3 061 seçki məntəqəsinin 2 233-nün nəticələri və yaxud bülletenlərin 72,95%-i artıq sayılıb. Primeinfo.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib. Nəticələrə əsasən, hakim “Gürcü Arzusu” partiyası yerli seçkilərdə liderlik edir.
Hakim “Gürcü arzusu” Partiyasının nümayəndəsi Kaxa Kaladze yerli seçkilərdə 71,29% səs toplayaraq Tbilisinin meri seçilib. Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Tbilisi meri seçkilərində 9 namizəd iştirak edib.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Nyu-Yorkda ABŞ lideri Donald Trampla çəkilən fotoşəklinin saxta olması barədə yayılan məlumatı feyk adlandırıb. O, bu barədə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, radikal qüvvələrə məxsus telekanallar, partiya və QHT-lər həqiqətə uyğun olmayan informasiyalar yaymaqla ictimaiyyəti aldadırlar.
Gürcüstanda yerli özünü idarəetmə orqanlarına seçki keçirilir. Primeinfo.az-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, səsvermə prosesi axşam saat 20:00-da başa çatacaq. Vətəndaşlar 64 dairədə bələdiyyə məclislərinin üzvlərini, həmçinin 64 şəhərin merini seçəcəklər.