Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: həbs

“Koti” bu dəfə həbs edildi

“Koti” kimi tanınan tiktoker Zeynəb Zeynallı həbs edilib. Primeinfo.az xəbər verir ki, məhkəmə prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib. “Koti” bu dəfə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilib.

Rejissor Səidə Haqverdiyevanın həbsi istənilir

Azərbaycan Dövlət Kukla Teatrının sabiq quruluşçu rejissoru Səidə Haqverdiyeva xüsusi ittiham qaydasında məhkəməyə verilib. Primeinfo.az xəbər verir ki, iddiaçı kimi Dövlət Kukla Teatrının aktrisası Nərmin Əhmədova və onun həyat yoldaşı Əfsun Əhmədov çıxış edib. Onlar Səidə Haqverdiyeva barəsində xüsusi ittiham qaydasında şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.

“İşə düzəltmək” adı ilə 12 minə yaxın pulunu ələ keçirdi - Həbs olundu

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Primeinfo.az xəbər verir ki, zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11 500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

Dövlət sərhədini pоzan 17 nəfər saxlanılıb

Azərbaycanın dövlət sərhədini pоzduqlarına görə yanvar ayı ərzində 17 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, onların 6-sı Əlcəzair, 4-ü Azərbaycan, 4-ü İraq, 3-ü Pakistan vətəndaşı оlub.

İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib

İran hakimiyyəti dörd əcnəbini iğtişaşlarda iştirakına görə həbs edib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Yaxın Şərqin KİV-i məlumat yayıb. Saxlanılan şəxslərin milliyyəti açıqlanmır, həmçinin qeyd olunub ki, saxlanma zamanı onlarda səsli qumbaralar aşkar olunub.

Azərbaycana gələn özbək qadın hava limanında həbs edildi

Azərbaycana gələn Özbəkistan vətəndaşı həbs edilib. Primeinfo.az-ın məlumatına görə, hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verib. Özbəkistan vətəndaşı, 1985-ci il təvəllüdlü Şaxlo Uktamovna işləmək üçün Türkiyəyə gedib.

Qadın "hüquqşünas"  həbs edilib - DİN - FOTO

Özünü sosial mediada hüquqşünas kimi təqdim edərək 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şüphəli bilinən qadın həbs edilib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli məlumat verib. Bildirilib ki, TikTok platformasında “Hüquq mərkəzi” adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinib.