Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: həbs

Vəkillər Kollegiyasından qovulan vəkil həbs edildi

2022-25-ci illərdə Vəkillər Kollegiyasının üzvü olmuş İbrahim Hüseynov həbs edilib. Primeinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 38 yaşlı keçmiş vəkil Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb olunub. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, iki il müddətinə həbs cəzasına məhkum edilib.

Bakıda kişini intim görüntüləri ilə şantaj edənlərə HÖKM OXUNDU  

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakıda kişini intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunan Fəyyaz Səlimov, Əli Məmmədov, Nazlı Qılıcova və Dilşad Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub. Primeinfo.az Lent.az-a istinadla xəbər verir ki, məhkəmə Fəyaz Səlimovun 8 il, Əli Məmmədovun 5 il, 6 ay, Nazlı Qılıcova 5 il, 5 ay, 28 gün, Dilşad Əhmədova 5 il, 5 ay, 28 gün azadlıqdan məhrum edilməsi barədə hökm elan edib. Xatırladaq ki, ittihama görə, Bakı şəhər sakini X.Qulamov tanımadığı şəxslər tərəfindən hədələnməsi barədə Xəzər Rayon Polis İdarəsinə müraciət edib.

Sosial şəbəkədə 150-dən çox profilə müdaxilə edən haker həbs olundu - VİDEO

Sosial şəbəkədə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərən və bu yolla çoxsaylı onlayn dələduzluqlar etməkdə şübhəli bilinən şəxs həbs olunub. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-texniki tədbirlərlə qanunsuz əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş, 23 yaşlı Zaur Teymurxanov saxlanılıb.

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Əməkdar jurnalist Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub. Primeinfo.az xəbər verir ki, Yenilik.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. Bildirilir ki, E.Nəbizadənin hüquqlarını vəkil Anar Qasımlı həyata keçirir.

Rüşvətlə əlillik dərəcəsi verən vəzifəli şəxs həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Əliyeva Könül Zakir qızının “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işlədiyi dövrdə müxtəlif qanunsuzluqlara yol verməsi barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-dən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Elşad Xose həbs edildi

Məşhur reper Elşad Xose həbs olunub. Primeinfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib. Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.