Sabah 20° isti olacaq
Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb.
Martın 28-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, martın 28-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır. Xınalıqda düşən qarın miqdarı 39 mm (aylıq normanın 104%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 10 sm, Şahdağda 35 (aylıq normanın 93%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 49 sm, Qrızda 60 (aylıq normanın 146%-i), qar örtüyünün hündürlüyü 17 sm, Kəlbəcərdə 7, Laçında 5, Qubadlı, Şuşada 1 sm-dir.
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti müşahidə olunur. Primeinfo.az-ın Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinə istinadən məlumatına görə, hazırda muxtar respublikanın aran rayonlarına yağış, dağlıq və dağətəyi zonalarına isə qar yağır. Yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.
Əhali sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalıdır.
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə – Şahdağ və Qrıza isə qar yağır. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Şahdağda qarın hündürlüyü 1 sm-dir.
Sabah Azərbaycanda hava necə olacaq? Martın 27-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətinin martın 25-i saat 15:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır. Düşən yağıntının miqdarı 5 mm-dək qeydə alınır. Xidmətdən Primeinfo.az-a verilən xəbərə görə, yağıntılı hava şəraitinin martın 27-si gün ərzində daha da intensivləşəcəyi gözlənilir.
Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağış müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Həmçinin, mülayim qərb küləyinin güclənməsi və temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var. Primeinfo.az xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Sabah Azərbaycanda hava necə olacaq?