Azərbaycan Ordusunun və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı – 2026” təliminin dekabrın 25-də Bakıda əsas planlama konfransı olub. Primeinfo.az xəbər verir ki, Müdafiə Nazirliyində təşkil edilən tədbirdə hər iki ölkənin hərbi nümayəndə heyəti 2026-cı ilin fevral ayında BƏƏ-də keçiriləcək təlimin məqsədi, mərhələlər üzrə yerinə yetiriləcək fəaliyyətlər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. “Sülh Qalxanı – 2026” təlimində icra olunacaq tapşırıqlarla bağlı brifinqlər təqdim olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Azərbaycan Ordusunun və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı – 2026” təliminin dekabrın 25-də Bakıda əsas planlama konfransı olub. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyində təşkil edilən tədbirdə hər iki ölkənin hərbi nümayəndə heyəti 2026-cı ilin fevral ayında BƏƏ-də keçiriləcək təlimin məqsədi, mərhələlər üzrə yerinə yetiriləcək fəaliyyətlər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
İtaliya, Türkiyə və ABŞ-ın hava və quru qoşunları arasında hərbi təlim keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə NATO məlumat yayıb. Bildirilib ki, havadan müdafiə potensialının gücləndirilməsi məqsədilə hər üç ölkədən olan hava və quru qüvvələri İtaliyada hərbi təlim keçirib.
Türkiyənin İzmir şəhərində “Doğu Akdeniz – 2025” (Şərqi Aralıq dənizi – 2025) dəvət təlimi keçirilib.
Təsdiq olunmuş illik əməkdaşlıq planına əsasən, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Ankara şəhərində “Qafqaz Qartalı – 2025” birgə taktiki-xüsusi təlimi yüksək peşəkarlıqla icra edilib.
Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, ölkəmizdə səfərdə olan Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Təcrübələrin öyrənilməsi” mövzusunda kurs keçirilir. Primeinfo.az xəbər verir ki, kursun açılışında çıxış edən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev qonaqları və iştirakçıları salamlayaraq Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb, hərbi qulluqçularımızın son illərdə qazandıqları təcrübələri xidməti fəaliyyətlərində uğurla tətbiq etdiklərini xüsusi qeyd edib. Daha sonra təlimçilər tərəfindən dinləyicilərə NATO haqqında ümumi məlumat verilib.
Azərbaycan ilə Serbiya respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin artilleriyaçılarının iştirakı ilə birgə taktiki təlim keçirilib. Primeinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Serbiyada keçirilən taktiki təlimdə artilleriya bölmələri tərəfindən özüyeriyən haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edilib. NORA B-52 artilleriya qurğularından atəş təlimində hədəflər sərrast artilleriya atışları ilə məhv edilib, qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək “Birlik – 2025” birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.