“İrana aprelin 6-dək qədər vaxt veriblər. Görünən budur ki, İran rədd cavabı verəcək və ABŞ daha dəhşətli zərbələrə başlayacaq. Hazırda İrandakı körpülər vurulur, bir qədər sonra elektrik şəbəkələrini, hətta nüvə obyektlərini vuracaq”.
“Tramp İrana deyir ki, sizi daş dövrünə qaytaracağıq. Bu o deməkdir ki, İranı elə bir vəziyyətə salacaqlar ki, uzun illər dirçələ bilməyəcək. Yəni, sən hər dəfə inkişaf edib gəlsən də, yenə dünyadan ən azı 100 il geri qalacaqsan. Necə ki, indi də qalırsan”.
“İki böyük güc vuruşur, uduzan tərəf isə İran olacaq. İran bu savaşda poliqon kimidir. İrana atılan bombaların təsiri ilə İsrailə atılan raketlərin təsirini müqayisə etmək belə mümkün deyil. İranın nüvə texnologiyası və digər strateji obyektləri vurulur”.
“İranın demokratikləşmədən başqa yolu qalmayıb. Ya başına od-alov yağdıraraq rejim dəyişikliyinə məcbur edəcəklər, ya da ibtidai icma quruluşuna qaytaracaqlar və orada daşı-daş üstə qoymayacaqlar”.
“Ərəb ölkələri artıq susmayacaq. Qətərin İran səfirliyini ölkəsindən qovması o deməkdir ki, Qətər İranla müharibəyə hazırlaşır. İstənilən ölkə ilə diplomatik əlaqələrin kəsilməsi müharibəyə hazırlıq deməkdir. Hətta ərəb ölkələrinin hamısı İrana qarşı müharibə elan edəcək”.
“Ordu SEPAH-ı devirəcək” – SON DƏQİQƏ – VİDEO
“İran Rusiyanın ən ağır zamanında dronları ilə ona böyük dəstək vermişdi. Lakin buna baxmayaraq, Rusiya İranı satdı”.
“ABŞ-ə qarşı döyüşməyin doğru olduğuna inanmıram. Çünki çox böyük güclə kiçik gücün mübarizəsi gedir. Hesab edirəm ki, İran bu savaşa getməməli idi.
“Deyirsiniz ki, fars-molla rejimi heç kimə hücum etməyib. Hücumun “buynuzu, qulağı” olur? 50 ildir İranda fars-molla rejimi türkə divan tutur”.
“Mən Cənubi Azərbaycandan olan qardaşlarımıza müraciət edirəm: Bu gün İranın taleyi həll olunur. Belə bir məqamda Güney Azərbaycan ayaqda olmalıdır”.