Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Hikmət Hacıyev

Hikmət Hacıyev və Qriqoryan Dohada panel müzakirəsində iştirak edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanbirlikdə “Doha Forumu” çərçivəsində “Ermənistan-Azərbaycan davamlı sülhü: Vaşinqton sazişi və birgə gələcək” mövzusunda panel müzakirəsində iştirak edib.

Hikmət Hacıyev İran XİN rəhbərinin müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüş Vahid Cəlalzadənin Bakıya səfəri çərçivəsində baş tutub. Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Türkiyə nümayəndə heyəti Hikmət Hacıyevlə görüşüb - FOTO

“Şuşada keçirilən Birinci Türkiyə-Azərbaycan Beyin Mərkəzləri Forumunda iştirak edən Türkiyə nümayəndə heyəti olaraq Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyevi ziyarət etdik.” Primeinfo.az xəbər verir ki, bu haqda Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin “X” hesabında məlumat verilib. Bildirilib ki, görüş zamanı Türkiyə-Azərbaycan əməkdaşlığının bütün aspektləri, eləcə də regional və qlobal hadisələr müzakirə edilib.

Hikmət Hacıyev: "Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxşaxəli əməkdaşlıqlar var"

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çoxşaxəli əməkdaşlıqlar var. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu ailə güclənir, möhkəmlənir və həmrəylik daha da artır: “TDT çərçivəsində bizim çoxşaxəli əməkdaşlığımız var.

Azərbaycan məmurları Zəngəzur dəhlizində - FOTO

Əlaqələndirmə Qərargahının üzvləri Zəngəzur dəhlizində avtomobil yolunun və dəmir yolu xəttinin, eyni zamanda, Araz çayı üzərində tikilən Ağbənd-Kəlalə körpüsünün inşası prosesi ilə tanış olublar.