“Hizbullah” İsrailin şimalında yerləşən hərbi obyektə bir sıra pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Bildirilib ki, hücum Yaara kəndi ərazisində yerləşən hərbi mərkəzə edilib.
“Hizbullah” lideri Naim Qasımın müavini öldürülüb.
İsrail ordusu son iki gündə Livanda Hizbullahın 250-dən çox hədəfinə zərbə endirib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü general-mayor Effie Defrin bildirib. O qeyd edib ki, İsrail “təhlükə aradan qaldırılana qədər” Hizbullah hədəflərini vurmağa davam edəcək.
İranın xarici işlər naziri Abbas Əraqçi Livanda “Hizbullah”ın baş katibi Şeyx Naim Qasım ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüş zamanı Əraqçi İranın Livanla iqtisadi və siyasi əlaqələri gücləndirmək niyyətində olduğunu bəyan edib. O, ABŞ sanksiyalarına baxmayaraq, Tehranın nüvə enerjisi və müdafiə qabiliyyətini inkişaf etdirmək hüququndan geri çəkilməyəcəyini qeyd edib.
İsrail Müdafiə Qüvvələri (IDF) bu yaxınlarda Livanın bir neçə rayonunda “Hizbullah”ın hədəflərinə, o cümlədən “Radvan” elit bölməsinin təlim poliqonuna aviazərbələr endirib. Primeinfo.az bildirir ki, bu barədə “Report” “The Times of Israel”ə istinadən xəbər verir. Hərbçilərin məlumatına görə, bu obyekt döyüşçülərin hazırlanması, döyüş atışlı təlimlərin keçirilməsi və IDF qüvvələrinə, eləcə də İsrailin mülki əhalisinə hücumların planlaşdırılması üçün istifadə olunub.
Hizbullah Hərəkatının Baş Qərargah rəisi Abu Əli Tabtabaui İsrail pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Beyrutda öldürülüb. Primeinfo.az-ın xəbərinə görə, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Abu Gli Tabtabaui Naim Qasimdən sonra Hizbullahın ikinci şəxsi statusunda olub.
İsrail ordusu bu gün Livanın cənubunda yerləşən Hizbullah silah anbarına və yeraltı infrastruktura hava hücumu həyata keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adrai “X” hesabında məlumat verib. Sözçü bildirib ki, Hizbullahın Livanın müxtəlif bölgələrində hərbi obyektləri yenidən qurmaq cəhdlərini dayandırmayıb: “Hədəflənən infrastrukturlar yaşayış sahələrinin yaxınlığında yerləşir və Hizbullah mülki şəxslərdən canlı qalxan kimi istifadə edir.
İsrail pilotsuz təyyarələri Livanın cənubundakı Haruf şəhərinə hava zərbələri endirib. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, İsrail Müdafiə Qüvvələri Hizbullahın Radvan Qüvvələrinin tank əleyhinə bölməsinin komandiri Zeyn əl-Abidin Hüseyn Fatunini məhv edib.