Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ilham eliyev

İlham Əliyev Xəzər dənizinin xilası üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb

Xəzər dənizinin dayazlaşması bu gün regionun ən kəskin ekoloji problemlərindən biridir. Bütün Xəzəryanı ölkələr üçün əməkdaşlığı gücləndirmək, elmi məlumatları aktiv şəkildə mübadilə etmək və bu prosesin nəticələrini yumşaltmaq üçün razılaşdırılmış tədbirlər hazırlamaq son dərəcə vacibdir. Primeinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Kazinform” agentliyinə müsahibəsində bildirib.

Prezidentdən beynəlxalq konfrans iştirakçılarına MÜRACİƏT

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli tədbir iştirakçıları! Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusuna həsr olunmuş 4-cü iclasında ürəkdən salamlayıram.

MM Prezident və xanımına məktub ünvanladı

Milli Məclis 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Prezident Aİ-nın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib. Primeinfo.az xəbər verir ki, Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirdi.

İlham Əliyev səfirin etimadnaməsini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Redanın etimadnaməsini qəbul edib. Primeinfo.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev, ilk növbədə, Şarm-əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitinin yüksək səviyyədə təşkilinə görə Misir Ərəb Respublikasına təbriklərini çatdırdı.